Kriminal

“Azəriqaz”ın sabiq idarə rəisi yenidən hakim qarşısına çıxır

Səhlənkarlıqda təqsirləndirilən “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə araşdırılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Azər Xəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası […]

İdman

“Atletiko” səfərdə 5 qol vuraraq qalib gəldi – VİDEO

İspaniya La Liqasının XXXII turunda “Atletiko” səfərdə “Valyadolid”ə qalib gəlib. Oxu.Az xəbər verir ki, 7 qolun vurulduğu matçda Madrid klubu 5:2 hesablı qələbə qazanıb. Meydan sahiblərinin qollarına Kayl Larin və Serxio Eskudero imza atıblar. “Atletiko”un heyətində isə Nahuel Molina, Xose Mariya Ximenes, Alvaro Morata və Memfis Depay fərqləniblər. “Valyadolid”in oyunçusu Xoakin Fernandes avtoqol müəllifi olub. […]

Kriminal

Şəkidə üzərində “Makarov” markalı tapança gəzdirən keçmiş məhkum saxlanılıb – FOTO/VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri […]

Kriminal

Tərtər sakini Gədəbəydə bıçaqlanıb

Tərtər rayon sakini, 18 yaşlı A.Cabbarov Gədəbəy rayonunda naməlum şəraitdə bıçaq xəsarəti alıb. “Report”un Qərb bürosunun məlumatına görə, A.Cabbarov xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisənin başvermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

ABŞ və Azərbaycan arasında vacib zəng – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Blinken Prezident İlham Əliyevə zəng etdi. Tərəflər hansı məsələlərlə bağlı danışdılar? İki avtomobil toqquşdu, 3 nəfər yanaraq öldü. Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alındı.  “Taxıldır, arpadır yerlə birdir. Heç nə yoxdur. Nə meyvə var, nə əkin sahəsi qalıb”. Goranboyda yağan leysan və dolu evlərə, avtomobillərə və təsərrüfata ciddi ziyan vurdu. […]

İdman

Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtulmağa, “Zirə” “Qəbələ”dən uzaqlaşmamağa çalışacaq

Azərbaycan Premyer Liqasında XXXII tur davam edir. “Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. Günün ilk matçı Qəbələdə baş tutacaq. Azərbaycan Kubokunda finala yüksələn “Qəbələ” yarımfinalda üstələdiyi “Səbail”i bu dəfə çempionat görüşündə sınağa çəkəcək. Bu, komandalar arasında ardıcıl üçüncü qarşılaşma olacaq. Bölgə təmsilçisi doğma azarkeşləri önündə uğurlu çıxış edərək, dördüncü pillədəki mövqeyini ən […]

İqtisadiyyat

Asiyanın ən böyük bankiri dolları “maliyyə terrorçusu” adlandırdı

Asiyanın ən zəngin bankiri, Hindistanın ən böyük banklarından biri olan Kotak Mahindra Bankın baş direktoru Uday Kotak ABŞ milli valyutasını tənqid edib. O, dolların “dünyanın ən böyük maliyyə terrorçusu” olduğunu bildirib. “Mən səmimi qəlbdən inanıram ki, dünyada ən böyük maliyyə terrorçusu ABŞ dollarıdır”, – deyə o, Dehlidə “ET Awards” mükafatlarının təqdimatı mərasimində bəyan edib. Bankir […]

İqtisadiyyat

“Bloomberg” dolların gələcək taleyilə bağlı proqnoz verdi

Növbəti iclasda ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyinin əsas uçot dərəcəsinin artırılması kursunu davam etdirəcəyi ehtimalı var. Bu isə dolların bahalaşa biləcəyi deməkdir. “Bloomberg”in məlumatına görə, bu tədbir daxili bazarda inflyasiyanın qarşısını almaq üçün lazımdır. Bildirilir ki, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi rəhbərliyinin növbəti görüşü keçiriləcək. Əsas faiz dərəcəsinin illik 5,25% səviyyəsinə qaldırılacağı gözlənilir. Hazırda […]

Kriminal

Tanınmış idmançı məşqdə yeddi yaşlı uşağın ölümünə səbəb oldu – YENİLƏNİB – TƏFƏRRÜAT + VİDEO

“Həm azyaşlının, həm də məşqçinin yaxınları hələ də hadisənin şokunu yaşayırlar. Onlar həm də qohum imiş.” Bu barədə Baku TV-nin süjetində bildirilib.  Ölən azyaşlının babası Ələsgər Məlikov deyir ki, Fərid Bakarov Mehman Xəlilovun sevimli tələbəsi olub. Saxlanılan məşqçinin əmisi Əfqan Xəlilovun sözlərinə görə, Fərid Bakarovun ailəsi ilə yaxın qohumdular.  13:20 Dünən Sumqayıtda azyaşlı oğlan idman […]

İdman

Ronaldudan Corcina ilə ayrılıq iddialarına cavab – FOTO

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu sevgilisi Corcina Rodriqezlə ilə yayılan iddialara cavab verib.  Bu barədə futbolçu sosial media hesabında paylaşım edib. O, “sevgiyə alqışlar” yazaraq sevgilisi ilə səmimi fotosunu paylaşıb. Bir neçə gün əvvəl mətbuatda cütlüyün ayrılmaq üzrə olduqları barədə məlumat paylaşılmışdı.  Cheers to Love😘 pic.twitter.com/10POQsjU5b — Cristiano Ronaldo (@Cristiano) April […]