İdman

Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtulmağa, “Zirə” “Qəbələ”dən uzaqlaşmamağa çalışacaq

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXXII tur davam edir.

“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Azərbaycan Kubokunda finala yüksələn “Qəbələ” yarımfinalda üstələdiyi “Səbail”i bu dəfə çempionat görüşündə sınağa çəkəcək. Bu, komandalar arasında ardıcıl üçüncü qarşılaşma olacaq.

Bölgə təmsilçisi doğma azarkeşləri önündə uğurlu çıxış edərək, dördüncü pillədəki mövqeyini ən azı qorumaq niyyətindədir. Bakılılar isə səfərdən 3 xalla dönsələr, sonuncu yerdən qurtulacaqlar. Hazırda “Qəbələ” 45 xala malikdirsə, “Səbail”in aktivində 22 xal var.

“Qəbələ”nin dördüncü yer uğrundakı rəqibi “Zirə” də ev oyununa çıxacaq. “Qırmızı-qaralar”dan 3 xal geri qalan 5-ci sıradakı Rəşad Sadıqovun kollektivi “Turan Tovuz”u qəbul edəcək. 29 xalla 6-cı olan Tovuz təmsilçisi mövqeyini riskə atmamaq üçün səfərdən ən azı 1 xalla dönməyə çalışacaq.

Qeyd edək ki, turun ilk günündə “Sumqayıt” “Kəpəz”i səfərdə, “Sabah” “Şamaxı”nı evdə 1:0 hesabı ilə məğlub edib. Tura mayın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa

XXXII tur

1 may (bazar ertəsi)

17:30. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu

20:00. “Zirə” – “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

Zirə İdman Kompleksinin stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir