İqtisadiyyat

Asiyanın ən böyük bankiri dolları “maliyyə terrorçusu” adlandırdı

Sharing is caring!


Asiyanın ən zəngin bankiri, Hindistanın ən böyük banklarından biri olan Kotak Mahindra Bankın baş direktoru Uday Kotak ABŞ milli valyutasını tənqid edib.

O, dolların “dünyanın ən böyük maliyyə terrorçusu” olduğunu bildirib.

“Mən səmimi qəlbdən inanıram ki, dünyada ən böyük maliyyə terrorçusu ABŞ dollarıdır”, – deyə o, Dehlidə “ET Awards” mükafatlarının təqdimatı mərasimində bəyan edib.

Bankir açıqlamasına belə aydınlıq gətirib:

“Bütün pulumuz dollar hesablarındadır. ABŞ-də kimsə deyə bilər ki, sabah səhər onları çıxara bilməyəcəksiniz və bu qədər. İlişib qaldıq”.

Kotak həmçinin bildirib ki, dünya hazırda “alternativ ehtiyat valyuta axtarır”. O qeyd edib ki, indi ölkəsinin Hindistan rupisini ehtiyat valyutaya çevirməksi üçün doğru zamandır.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir