İqtisadiyyat

Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırıldı

Rusiya Ermənistana təbii qazın nəqlini müvəqqəti olaraq dayandırıb. Bu barədə “Qazprom” şirkəti məlumat yayıb. Qeyd edilir ki, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır. Bildirilir ki, respublikada hazırda qaz təchizatı daxili ehtiyatlar hesabına həyata keçirilir. Xeberal.az

Siyasət

ABŞ-nin baş diplomatı İlham Əliyevə niyə zəng etdi? – TƏHLİL

ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi Vaşinqtonun Cənubi Qafqaz siyasətində yenilənən aktiv fəaliyyətini işə salmasından xəbər verir. ABŞ-nin arzusu regionda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə Rusiyanın üstün çəkilərini azaltmaqdır. Vaşinqtonun Cənubi Qafqazda Rusiyaya nisbətdə primitiv müdaxilə imkanlarını genişlədib mükəmməl, topdağıtmaz gündəlik formalaşdırmaq iddiası nəzəri cəhətdən təhlükəli tendensiya deyil. Ancaq iki detal üzrə […]

İqtisadiyyat

Sel və dolu yağması qaz təchizatına necə təsir göstərib? – AÇIQLAMA

“Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Lənkəranda dolu yağması və sel gəlməsi nəticəsində qaz təchizatına ciddi ziyan dəyməyib”. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib. O bildirib ki, təbii fəlakət nəticəsində yaranmış vəziyyətlə əlaqədar əhaliyə təbii qazın verilişində fasilələr olmayıb: “Mövcud vəziyyətlə əlaqədar bu […]

Müharibə

Azərbaycanın quru sərhədləri bağlıdır: Bəs ermənilər niyə buraxılırlar? – İZAH

Şərti Azərbaycan-Ermənistan dövlət sərhədində bir həftə əvvəl “Laçın” sərhəd-keçid məntəqəsi quraşdırılıb. Dünəndən bu məntəqə protokol qaydaları üzrə tam formada fəaliyyəti həyata keçirir. Azərbaycan tərəfinin yaydığı videogörüntülərdə erməniəsilli Azərbaycan vətəndaşlarının sərhəd-keçid məntəqəsini necə keçdiyi görünür – mütəşəkkil və intizamlı, qarşılıqlı nəzakət mühitində. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Lakin bu videogörüntülər Azərbaycan cəmiyyətində suallar doğurub. Suallardan biri […]

Kriminal

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları üç ədəd “Toz” markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil […]

Dünya

Tacikstanda mikroavtobus 200 metr hündürlükdən yuvarlandı: Çox sayda ölü və yaralı var

Tacikistanda səhər saatlarında mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 6 nəfər həlak olub. Bu barədə ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sözçüsü Umeda Yusufi bildirib. Faciənin başvermə səbəbi sürücünun idarəetməni itirməsi olub. Nəticədə mikroavtobus 200 metr hündürlükdən uçuruma düşüb. Hadisə yerinə gələn xilasedicilər qəzaya uğramış avtomobildən sürücünün və 5 sərnişinin meyitini çıxarıblar. Yaralanan iki uşaq və […]

Cəmiyyət

Azərbaycanın keçmiş nazir müavini şirkət yaradıb – FOTO

Azərbaycanın keçmiş təhsil nazirinin müavini Məhəbbət Vəliyeva şirkət yaradıb. “Report” xəbər verir ki, onun sahibi olduğu “Savad Mərkəzi” MMC-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyevadır. M.Vəliyeva 2018-2021-ci […]

Kriminal

“Qurtuluş 93”ün sahibinin “Range Rover”lə dörd nəfəri öldürən kürəkəninin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib. Qeyd edək ki, cinayət materiallarına görə, təqsirləndirilən şəxs 2021-ci il iyunun […]

İdman

Azərbaycanın beş güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə medal qazanıb

17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə beş medal qazanıb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl […]