İqtisadiyyat

Sel və dolu yağması qaz təchizatına necə təsir göstərib? – AÇIQLAMA

Sharing is caring!


“Goranboy, Tərtər, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Lənkəranda dolu yağması və sel gəlməsi nəticəsində qaz təchizatına ciddi ziyan dəyməyib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib.

O bildirib ki, təbii fəlakət nəticəsində yaranmış vəziyyətlə əlaqədar əhaliyə təbii qazın verilişində fasilələr olmayıb:

“Mövcud vəziyyətlə əlaqədar bu saata qədər abonentlərə təbii qazın verilişi normal qaydada davam etdirilib”.

Qeyd edək ki, güclü yağış və dolu Azərbaycanın bir sıra rayonlarında ciddi fəsadlar törədib.

Dolu və leysan daha çox Goranboy və Tərtərdə ciddi fəsadlara yol açıb. Leysanın yağması, dolunun düşməsi nəticəsində əhaliyə ciddi ziyan dəyib. Goranboy və Tərtərdən fərqli olaraq Şəkiyə sadəcə dolu yağıb. Goranboy və Tərtər rayonlarına isə sel gəlib. Hər iki rayonda sel suları yollara, təsərrüfat sahələrinə və avtomobillərə ciddi ziyan vurub.

Tərtərin Dəmirçilər kəndində isə daha böyük fəsadlar qeydə alınıb. Dəmirçilər kəndində fərdi evlər su altında qalıb. Gecədən başlayaraq “Azərbaycan Su Təsərrüfatı” ASC-nin Yerli İstismar idarələrinin texnikaları kəndin sel sularından azad olması üçün ciddi iş rejimində çalışırlar. Sel sularının qarşısı alınır, bəzi yerlərdə məcrası dəyişdirilərək sel arxlarına yönləndirilir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir