Dünya

Tacikstanda mikroavtobus 200 metr hündürlükdən yuvarlandı: Çox sayda ölü və yaralı var

Sharing is caring!


Tacikistanda səhər saatlarında mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 6 nəfər həlak olub.

Bu barədə ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sözçüsü Umeda Yusufi bildirib.

Faciənin başvermə səbəbi sürücünun idarəetməni itirməsi olub. Nəticədə mikroavtobus 200 metr hündürlükdən uçuruma düşüb.

Hadisə yerinə gələn xilasedicilər qəzaya uğramış avtomobildən sürücünün və 5 sərnişinin meyitini çıxarıblar. Yaralanan iki uşaq və bir qadın xəstəxanaya aparılıblar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir