İdman

“Atletiko” səfərdə 5 qol vuraraq qalib gəldi – VİDEO

Sharing is caring!


İspaniya La Liqasının XXXII turunda “Atletiko” səfərdə “Valyadolid”ə qalib gəlib.

Oxu.Az xəbər verir ki, 7 qolun vurulduğu matçda Madrid klubu 5:2 hesablı qələbə qazanıb.

Meydan sahiblərinin qollarına Kayl Larin və Serxio Eskudero imza atıblar. “Atletiko”un heyətində isə Nahuel Molina, Xose Mariya Ximenes, Alvaro Morata və Memfis Depay fərqləniblər. “Valyadolid”in oyunçusu Xoakin Fernandes avtoqol müəllifi olub.

Xallarını 66-ya çatdıran “Atletiko” əvvəlki kimi 3-cüdür və 2-ci “Real”da (Madrid) 2 xal geri qalır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir