İdman

“Formula-1” Azərbaycan Qran-Prisini 250-ə yaxın xarici və yerli media nümayəndəsi işıqlandırıb

Sharing is caring!


Bakı şəhər halqası yeddinci mövsümü ilə minlərlə azarkeşi “Formula-1” Azərbaycan Qran-Prisində qarşıladı. Rekordları qıran builki Bakı yarışının bütün tribuna biletləri tamamilə satılaraq dünyanın 100-dən çox ölkəsindən azarkeşləri bir araya gətirdi. Eyni vaxtda 30 minə yaxın sürət həvəskarının canlı izlədiyi Azərbaycan Qran-Prisini 250-ə yaxın xarici və yerli media orqanı işıqlandırıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Oxu.Az-a verilən məlumata görə, yarış həftəsinin əlamətdar xəbəri kimi Azərbaycan Qran-Prisi “Formula-1” yarışları təqvimində daha 3 il müddətinə yer almaqla, müqavilənin müddəti 2026-cı ilədək uzadılıb.

Yarış həftəsonu paytaxt Bakı və Azərbaycan Qran-Prisi 10 milyonlarla izləyicisi olan Formula 1-in rəsmi sosial media hesabları ilə dünyanın diqqət mərkəzində olub.

Şənbə günündə həftəsonu formatındakı dəyişikliyə əsasən, “Formula-1” Azərbaycan Qran-Prisində ilk dəfə olaraq 17 dövrəlik sprint yarışı baş tutub. Mövsümün ilk sprint yarışında “Red Bull Racing” pilotu Serxio Peres 17 dövrəni tamamlayaraq ilk yerdə qərarlaşıb.

İlk dəfə Bakı şəhər halqasında dayanıqlılığın təbliği və ekologiyaya vurulan ziyanın minimuma endirilməsinə yönəlmiş “Yaşıl” marşal postu quruldu. “Yaşıl” marşallar yalnız plastikdən minim istifadə olunmasına çağırış edərək ətraf mühitin qorunmasına dəstək göstəriblər.

Yarış həftəsonunu tribunadan izləmək üçün ikinci Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəmanların ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. 2500-ə yaxın şəhid ailələrinin üzvləri və Vətən müharibəsində iştirak etmiş qazilər 3 gün ərzində Azərbaycan Qran-Prisinin həyəcanını canlı izləyə biliblər.

Üç gün ərzində trekdən kənarda F1 azarkeşləri üçün fan zonada bir-birindən fərqli əyləncələr təşkil edilib. Ənənəvi olaraq, F1 pilotlarının iştirakı ilə Fan forumlarda avtoidman həvəskarları heyran olduğu pilotlardan avtoqraf almaq imkanı əldə etdilər. Dənizkənarı Bulvar ərazisi səhnəsində dünyaca məşhur musiqiçilər – niderlandlı DJ Hardwell və Don Diablo təkrarsız ifaları ilə azarkeşlərə unudulmaz anlar bəxş etdi. Yüksək templi canlı ifa dinamik vizual effektlər, həmçinin şəhərimizdə ilk dəfə olaraq 1000 ədəd dronu eyni vaxtda səmaya qaldıran dron şou azarkeşləri coşdurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir