Kriminal

Kürdə brakonyer dövlət qurumunun qayığını yandırdı: Xəsarət alan var

Sharing is caring!

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmət rəisi Hikmət Əlizadə Oxu.Az-a bildirib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb.

“Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir