Dünya

Paris küçələri alovlara büründü – YENİLƏNİB + VİDEO

Parisdə Beynəlxalq Əmək Günü münasibətilə baş verən iğtişaşlar zamanı etirazçılar şəhərin müxtəlif yerlərində yanğınlar törədiblər. Ölkədəki pensiya islahatına qarşı nümayişin iştirakçıları yenidən qurulan Millət meydanındakı tikinti materiallarını yandırıblar. Yanğın sürətlə yayılıb. Polis binanın ətrafını mühasirəyə almağa məcbur olub və yanğını su şırnaqları ilə söndürməyə başlayıb. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları yanğını söndürməyə nail olublar. […]

Dünya

Türkiyə vətəndaşlarını Sudandan təxliyə etdi

Türkiyənin Xarici İşlər Nazirliyi qarşıdurmaların baş verdiyi Sudandan Türkiyə vətəndaşlarının geri qayıtmasını təmin etmək üçün 23 aprel 2023-cü il tarixində başlayan təxliyə əməliyyatları ilə bağlı açıqlama yayıb. Məlumata görə, Afrika ölkəsindəki Türkiyə vətəndaşlarının təxliyəsi başa çatıb. “Təxliyə əməliyyatlarımızda quru, dəniz və hava yollarından istifadə edilib. 1700-dən çox vətəndaşımızla birgə 22 ölkədən 300-ə yaxın şəxs Sudandan […]

Siyasət

Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid tam təmin olunub – FOTO

Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçidi təmin olunub. AZƏRTAC xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində xidmətlə bağlı yayılan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq, nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir. Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər. Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” […]

İdman

Yeddi yaşlı uşağın ölümünə səbəb olan şəxslə bağlı AÇIQLAMA: “Mehman Xəlilov cüdo məşqçisi deyil”

Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb. ACF-dən verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil. Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib: “Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər […]

Şou-Biznes

“Mən yataqda da kralam” – Filip Kirkorov

Məşhur müğənni Filipp Kirkorov maraqlı açıqlama verib. Lent.az-ın xəbərinə görə, müğənni konserti zamanı səhnədə “Rusiya estradasının kralı mənəm. Buna heç kim şübhə etmir. Amma şübhəniz olmasın ki, mən yataqda da kralam, əvəzolunmazam” deyib. Bir neçə gün öncə qara, tül səhnə geyimində izləyici qarşısına çıxmış Kirkorovun arxasını əməliyyatla böyütdürdüyü iddia olunmuşdu. Xalq artisti bu iddialara da […]

Siyasət

Blinkenin vasitəçiliyi ilə Bayramov və Mirzoyan arasında üçtərəfli görüş baş tutub – YENİLƏNİB + FOTO

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, diplomatlar regionda təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər. 18:53 Vaşinqtonda […]

Dünya

Ərdoğandan Türkiyənin aviasiya sahəsindəki uğurları ilə bağlı paylaşım – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin aviasiya sahəsindəki uğurları barədə paylaşım edib. “Gələcək səmadadır. Çünki səmasını qoruya bilməyən xalqlar heç vaxt sabahından əmin ola bilməzlər”, – dövlət başçısı qeyd edib. O, həmçinin Türkiyə aviasənayesinin son nailiyyətlərini əks etdirən videogörüntüləri də paylaşıb. “İstikbal göklerdedir çünkü göklerini koruyamayan milletler yarınlardan asla emin olamazlar.” İşte GÖKBEY, işte ANKA-3, […]

İdman

Yunanıstanda azərbaycanlı hakimə butulka atdılar

Yunanıstan Super Liqasının XXXIII turunda keçirilən PAOK – “Aris” matçını idarə edən azərbaycanlı hakimlər briqadası xoşagəlməz halla üzləşib. Oxu.Az xəbər verir ki, fanatlar yan xətt hakimi Akif Əmirəlinin başına boş butulka atıblar. Əmirəli butulkanın ona dəyməsinə baxmayaraq, baş hakim Əliyar Ağayevə hər şeyin qaydasında olduğunu bildirib və oyun davam edib. “Aris” klubu görüşdən sonra hakimlərin idarəçiliklərindən narazı olduqlarını bildirən […]

Dünya

“Caliber” Rusiya sülhməramlıları barədə: Hərdən saata baxmağı unutmayın – VİDEO

Bir müddət öncə Rusiya hakimiyyəti Aəzrbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbərliyində dəyişiklik edib. “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan yeni süjet məhz bu mövzuya həsr olunub. “Deyilənlərə görə, sülhməramlıların yeni komandanı Aleksanr Alentsov müxtəlif qaynar nöqtələrdə döyüş əməliyyatlarına rəhbərlik edib, Suriyada döyüşüb. Lakin Qarabağ Suriya deyil. Hərçənd, bəzi qüvvələr Azərbaycanın bu cənnət diyarını […]