Siyasət

Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsindən sərbəst keçid tam təmin olunub – FOTO

Sharing is caring!


Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçidi təmin olunub.

AZƏRTAC xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində xidmətlə bağlı yayılan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq, nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir.

Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər.

Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” və Laçın yolunun “blokada”sı ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil.

Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsində təhlükəsizliyə və hərəkətə nəzarət tam təmin edilib, insanların qayda-qanun çərçivəsində sərhədi keçməsi ilə bağlı heç bir problem müşahidə olunmur.

Bu, bir daha göstərir ki, Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmasının məqsədi heç də Ermənistan tərəfinin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etmək, ölkəmizin ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir