Dünya

Paris küçələri alovlara büründü – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Parisdə Beynəlxalq Əmək Günü münasibətilə baş verən iğtişaşlar zamanı etirazçılar şəhərin müxtəlif yerlərində yanğınlar törədiblər.

Ölkədəki pensiya islahatına qarşı nümayişin iştirakçıları yenidən qurulan Millət meydanındakı tikinti materiallarını yandırıblar.

Yanğın sürətlə yayılıb. Polis binanın ətrafını mühasirəyə almağa məcbur olub və yanğını su şırnaqları ilə söndürməyə başlayıb. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları yanğını söndürməyə nail olublar.

Şəhərin digər ərazilərində isə etirazçılar zibil qutularına od vurublar.

19:00

Parisdə 1 May Beynəlxalq Əmək Gününə təsadüf edən nümayişdə etirazçılar polislə toqquşublar.

Təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

İştirakçılar isə zibil qutularını yandırıb, polisə daş və şüşə atıblar.

Məlumata görə, Volter bulvarında qara tüstü buludları yüksəlib, bir neçə avtobus dayanacağı və bankın şüşələri sındırılıb.

Paris polis prefekturasının məlumatına görə, hələ nümayiş başlamazdan əvvəl asayiş keşikçiləri 2740 yoxlama aparıb və 22 nəfəri saxlayıb, onlardan “asayiş keşikçilərinə qarşı istifadə oluna biləcək əşyaları” müsadirə ediblər.

Qeyd edək ki, Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran və bir sıra xüsusi pensiya rejimlərini ləğv edən pensiya islahatı qanununun payızda qüvvəyə minməsi gözlənilir. Təşəbbüs ölkə boyu nümayişlərə və tətillərə səbəb olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir