Siyasət

Deputat: “20 Sentyabr Bütövlük Günü olsun” – TƏKLİF

Sharing is caring!


“Prezident İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri xalqımıza hərbi zəfər, 4 min kvadrat kilometr ərazidə konstitusion bütövlük qazandırdı. Nəinki Xankəndi və Xocalıda 10 minlik hərbi birləşmələrin, 100 il bundan əvvəl Azərbaycanın inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayət, 1990-cı ildən yaradılan hibrid birləşmənin varlığına son qoyuldu. 1804 cü ildən bu yana Qarabağın kimə məxsusluğu ətrafında gedən savaşın da qalibini müəyyən etdi”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, antiterror tədbirləri Vətən müharibəsinin davamıdır.

“Antiterror tədbirləri 44 günlük müharibənin davamıdır, buna görə, nəticələr 45 günlük müharibə kimi simvollaşa, Azərbaycanın siyasi təqviminə qızıl hərflərlə yazıla bilər.

Təklif edirik ki, on illərlə soyqırımı, kütləvi insan və torpaq itkiləri yaşayan bir xalqın 8 noyabrda qazandığı Zəfərin davamı olaraq, 20 sentyabrı Bütövlük Günü kimi qeyd edək və onu rəsmiləşdirək, əbədiləşdirək. Ümidvarıq ki, parlamentin ölkə rəhbərinə müraciəti yüksək qiymətləndirilər. Çünki hər bir azərbaycanlının, bütövlükdə xalqımızın iradəsini əks etdirir”, – deyə o əlavə edib.

Deputat bildirib ki, indi Azərbaycan dövləti Qarabağda 30 illik hərbi cinayət törədənlər, millətimizə sonsuz bəlalar yaşadanlar üzərində Haaqa tribunalını təşkil edir.

“Vardanyan, Babayan, Mnatsakanyan və 300 qədər şəxsi ədalət mühakiməsi gözləyir. Qərb mediası hər gün dünya miqyasında Qarabağ ermənilərinin xeyrinə kampaniya aparır. Halbuki ermənilərin kütləvi köçü Ermənistanda hakimiyyətə qayıtmağa çalışan keçmiş prezidentlərin siyasi planıdır, özünü ləğv edən Qarabağ rəhbərliyinin birbaşa göstərişidir. Qarşıda bizi qələbəmizi müdafiə etmək üçün şərəfli və uzun vədəli mübarizə gözləyir. Lakin inanırıq ki, işğalı aradan qaldıran millət bu vəzifənin də öhdəsindən gələcək”, – deyə Zahid Oruc fikrini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir