Cəmiyyət

ANAMA: “Antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır”

Sharing is caring!


“Antiterror əməliyyatlarından sonra bir qisim kritik ərazilərdə minatəmizləmə işləri aparılır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq qismən bəzi işlərə başlanılıb:

“Ərazilərdə hələ ki məskunlaşma yoxdur, insanlar oraya köçürülməyiblər. Bu mənada həmin ərazilərdə tərəfimizdən qismən zəruri tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirib və ölkənin süverenliyini bərpa edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir