Cəmiyyət

Özü kiçik, yaratdığı fəsadlar böyük: Azərbaycanda ağcaqanad əleyhinə dezinfeksiya xidməti var? – VİDEO

Sharing is caring!

Havalar isinər-isinməz böyükdən kiçiyə hər kəsin narahatlığına səbəb olan ağcaqanadlarla mübarizə aparmaq çətinləşir.

Virus və xəstəliklərin olduğu dönəmdə, ağcaqanadların da daşıyıcı kimi rolu böyükdür. Əksər ölkələr mütəmadi olaraq bu həşəratlar əleyhinə ödənişsiz profilaktik tədbirlər həyata keçirir.

Ölkəmizdə isə bu xidmət bələdiyyələr tərəfindən həyata keçirilməsə də, bunun üçün özəl şirkətlər var. Bu şirkətlər isə dezinfeksiya olunacaq əraziyə görə müxtəlif qiymətlər təyin edirlər. Yay mövsümündə bu xidmətdən istifadə edənlərin sayı artır.

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev “Xəzər Xəbər”ə bildirib ki, hazırda ölkəmizdə belə dezinfeksiya tədbirləri demək olar ki, həyata keçirilmir.

Vaqif Abdullayev əlavə edib ki, ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər qeydiyyata alınmasa da, insanlar arasında kifayət qədər narahatlıq yaradır.

Qeyd edək ki, yaşayış ərazilərində ağcaqanadların və digər həşəratların artmasının qarşısını almaq üçün Mənzil – kommunal təsərrüfat idarələri, Gigiyena və epidemiologiya mərkəzləri ilə müqavilə əsasında profilaktik dezinfeksiya tədbiri həyata keçirməlidir.

Daha ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir