Hadisə manset

Azərbaycan Dillər Universitetində aylarla çəkən qalmaqallar, intriqa münasibətləri niyə səngimək bilmir?

Sharing is caring!

Ölkə başçısına və vitse-prezidentə şikayət etdiyi üçün təhdidlər başladı.

XəbərAl.az xəbər verir ki,Azərbaycan Dillər Universitetində aylarla çəkən qalmaqallar, intriqa münasibətləri səngimək bilmir. Sabiq dekan və dosent Vüsalə Ağabəyli, müəllim və dissertant Pərvin Mürsəlova, baş mütəxəssis Elmira Baxşəliyeva və digərləri ilə adı məhkəmə çəkişmələrində hallanan Kamal Abdullanın təzyiqlərinə və özbaşınalığına dözməyən universitetin Xarici dillər kafedrasının laborantı, 1994-cü il metro terrorunun qurbanı olaraq əlil qalan Mehparə Manafova da, bu günlərdə, ölkə başçısı İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya şikayət ünvanlamışdı.

Saytımızın aldığı məlumata görə, bu gün, Mehparə Manafova universitetdə Mehriban Əliyevaya müraciət etdiyi üçün ciddi şəkildə təhdid olunub. O, bugün başına gələn hadisə ilə bağlı hətta Kamal Abdullanın özünə də ərizə ilə müraciət edib. Onun bizə təqdim etdiyi ərizəsinin surəti də mətnə əlavə olunur. Hadisənin təfərrüatı isə belədir. ADU-nun elmi işlər üzrə prorektoru Sevinc Zeynalova, Mehparə xanımın ölkə rəhbərliyə olan şikayət məktubunda kafedra müdiri olan anası Məsmə Qazıyevanın və özünün adı keçdiyinə görə hədə-qorxu gəlib. O, Mehparə xanıma böhtan ataraq, dövlət və dövlətçilik əleyhinə çıxması ilə bağlı ittiham edib. Hətta şahidlərlə onun üzünə durulacağını bildirərək, ona xüsusi amansız münasibət göstərib. Təsəvvür etmək mümkündürmü? Deməli, metro qəzasında dəhşətli faciə yaşayan və bununla da, ağır zərbə alan, bir qolu olmayıb digər qolu da işlək vəziyyətdə olmayan bu xanım, az qala, siyasi iğtişaş törədən, dövlət eleyhinə çıxan bir terrorist kimi təqdim olunur. Belə çıxır ki, Kamal Abdulla və onun komandası, onların törətdikləri qanunsuzluqlardan kim şikayət edirsə, bunu dövlət eleyhinə yönəldirlər. Xatırladaq ki, Məsmə Qazıyeva və onun qızı Sevinc Zeynalova hər ikisi universitetdə rəhbər vəzifə tuturlar. Məsmə Qazıyeva rektorun qanunsuz aktlarına universitet əməkdaşlarını məcburi şəkildə imza atdırır, atmayanların isə taleyi məlum məsələdir. Daha əvvəl də, Məsmə xanım Mehparə Manafovanı “sən şəhid deyilsənki!” ironik ritorikası ilə təhqir etmişdi. Məsmə xanımın təbiriycə, Mehparə xanım ölmüş olmalıydı ki, hər hansı bir imtiyazdan yararlansın. Şəhidlərə, terror qurbanlarına göstərdiyi münasibət budur Məsmə xanımın. Çünki o heçnədən çəkinmir, heç nəyə də ehtiyac duymur. Sosial statusu yüksək formadadır və rektor tərəfindən xüsusi himayə olunur. Maraqlıdır ki, bu əməkdaşlar ölkə rəhbərliyinə müraciət etməsin, axı, hara müraciət etsin? Vüsalə Ağabəyli vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi üçün əmək kitabçasına 70 ç maddəsi vurularaq dekan vəzifəsindən çıxarıldı, Pərvin Mürsəlova Təhsil Naziri Ceyhun Bayramova müraciət etdiyi üçün onun da əmək kitabçasına eyni ağır maddə 70 ç vurularaq müəllimlikdən qovuldu, indi də Mehparə Manafova ölkə rəhbərliyinə müraciət etdiyi üçün hədəfdədir. Daha nələr baş verəcək? Bu cür mühitdə necə sağlam iş fəaliyyəti və tədrisdən söhbət gedə bilər? Bu təhlükə bütün aşkar və ya gizli şəkildə irad bildirən əməkdaşları da gözləyir. Hər an digər əməkdaşlar da provokasiyaya cəlb oluna, təhdid və təzyiqlər altında müxtəlif əməllərə sövq edilə bilərlər. Bu universitetin taleyi, çalışan əməkdaşların başına gələbiləcəklərdən kim məsuliyyət daşıyacaq, görəsən? Bu gedişlə, artıq hər gün təxribat gözlənilir. Nə vaxta qədər bu cür ittihamlar və təzyiqlər davam edəcək? Kamal Abdullanın və onun dəstəsinin qarşısı alınmasa daha nələr olacaq? Bu cür hallar insanları sui-qəsdə qədər apara bilər, onda isə daha hər şey gec olacaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir