Cəmiyyət

Göyçayda fermada fəhlə qəfil ölüb

Göyçayda fermada fəhlə işləyən şəxs qəflətən dünyasını dəyişib. APA xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb. Məlumata görə, rayonun Ləkçılpaq kənd sakini, 1966-cı il təvəllüdlü Şahlar Dadaşovun nahar vaxtı anidən halı pisləşib və qəfil keçinib. İlkin ehtimala görə, ürəktutmadan vəfat edib. Xeberal.az

İdman

“Yuventus”dan Alleqrinin taleyi ilə bağlı açıqlama

“Düşünürəm ki, Massimiliano Alleqrinin öz yerinə təsdiqləndiyi tamamilə aydın məsələdir. O, dördillik müqavilə ilə qayıdıb və hələ bu müddətin yarısını belə keçməyib”. Bu barədə “Yuventus” futbol klubunun maliyyə direktoru Françesko Kalvo baş məşqçi Alleqri ilə bağlı açıqlamasında bəyan edib. Onun sözlərinə görə, bu mövsüm üçün hədəflər ikinci yer və Avropa Liqasının finalına çıxmaqdır. “Yuventus”da yeddi […]

Dünya

Moskvada rusiyalı generalın İnterpolla axtarışda olan oğlu saxlanıldı

Rusiya paytaxtı Moskvada Xarici Kəşfiyyat Xidmətinin generalı, milyarder Aleksey Korotayevin oğlu saxlanılıb. O, İnterpolun (Beynəlxalq Cinayət Polis Təşkilatı) beynəlxalq axtarış siyahısındadır. Moskva metrosunun “Kutuzovskaya” stansiyasında sima tanıma sistemi olan kamera işə düşüb və İnterpolun beynəlxalq axtarışında olan 36 yaşlı Aleksey Korotayevi tanıyıb. Məlumata görə, İnterpol Xarici Kəşfiyyat Xidməti generalının oğlunun axtarışına onun uzun müddət yaşadığı […]

Siyasət

Vəkillər Kollegiyası Avropa Gənc Vəkillər Assosiasiyasına üzv qəbul olundu

Vəkillər Kollegiyası Avropa Gənc Vəkillər Assosiasiyasına üzv qəbul olunub. Oxu.Az xəbər verir ki, Vəkillər Kollegiyasının (AR VK) beynəlxalq arenada uğurları davam edir. Son 5 il ərzində bu sferada görülən işlərin məntiqi davamı olaraq, AR VK bu il də Avropa Gənc Vəkillər Assosiasiyasına – European Young Bar Association (EYBA) üzvlüklə bağlı müraciət edib. Müsbət qiymətləndirilmə və […]

Siyasət

Prezident dövlət agentliyinə 2,9 milyon manat ayırdı – VİDEO

Prezident İlham Əliyev Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Sərəncama əsasən, Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon manat ayrılıb. Xeberal.az

Dünya

İranlı gənc molla rejiminin təbliğat bannerinə od vurdu – VİDEO

İranda vətəndaşların rejimə qarşı nümayişləri davam edir. Bəzi yerlərdə bu aksiyalar kütləvi şəkildə, digərlərində isə fərdi şəkildə olur. Sosial şəbəkələrdə bununla bağlı mütəmadi görüntülər paylaşılır. Kadrlardan biri Gilan vilayətindəndir. “Azad İran” “Telegram” kanalının təqdim etdiyi videoda inqilabçı gəncin molla rejiminin təbliğat bannerlərinə od vurması əks olunub.   Xeberal.az

İdman

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə bürünc medal qazandılar – FOTO

Azərbaycanın bədii gimnastları Şəms Ağahüseynova və Nuray Əhmədzadə Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar. Federasiyadan verilən məlumata görə, cütlük gənclər arasında komanda hesabında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qeyd edək ki, beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq. Xeberal.az

Siyasət

“Huseyniyyun dosyesi” əl dəyişir: İran Azərbaycana kimi göndərmək istəyir? – TƏHLİL + FOTO

İranla Azərbaycan arasındakı qızışmış ritorikanı soyutmaq üçün işlərin getdiyinə dair əlamətlər gözə çarpmaqdadır. Ən diqqətçəkən informasiyalardan biri “Huseyniyyun dosyesi” üzrə həbs edilənlərin taleyinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaniyə həvalə edilməsi iddiasıdır. AMTŞ İranın ali siyasət quruculuğunu təşkil edir, Əli Şamxani isə rəsmi Tehranın diplomatiya sahəsində möhkəmlənən fiqurudur. İranın siyasi spektrində soyuq başlardan […]

Şou-Biznes

Şeyma Şubaşı subaylığa vida etdi

Mayın 5-də toyu olacaq maniken, sosial media fenomeni Şeyma Subaşı subaylığa vida məclisi keçirib. Lent.az-ın məlumatına görə, Şeyma subaylığa vida gecəsinə misirli sevgilisi Məhəmməd Alsaloussi ilə birgə qatılıb. O 90-cı illər mövzusunda keçirilən əyləncə gecəsinə parlaq, şəffaf  libas geyinib. Şeyma Subaşı nikahınaTürkiyədən cəmi 15 nəfəri dəvət edib. O, bacısı Kübra Açılın toyuna gəlməyəcəyini, bir bəhanə […]

Dünya

Ərdoğan Türkiyədə sosial sahədə görülən işlərdən danışıb

“Əmək pensiyasına çıxmağı gözləyən 2 milyon vətəndaşımızın istəklərini yerinə yetirdik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmurların Həmkarlar Təşkilatının toplantısında bildirib. Dövlət başçısının sözlərinə görə, əmək pensiyasının minimum həcmi artıq 7500 lirədir: “Bayram payını 2000 lirə etməklə vətəndaşlarımıza ikili bayram yaşatdıq. Həmçinin müxtəlif dövlət qurumlarında çalışan 500 minə yaxın müqaviləli işçinin problemlərini həll etdik”. Türkiyə […]