Şou-Biznes

Şeyma Şubaşı subaylığa vida etdi

Sharing is caring!

Mayın 5-də toyu olacaq maniken, sosial media fenomeni Şeyma Subaşı subaylığa vida məclisi keçirib.

Lent.az-ın məlumatına görə, Şeyma subaylığa vida gecəsinə misirli sevgilisi Məhəmməd Alsaloussi ilə birgə qatılıb. O 90-cı illər mövzusunda keçirilən əyləncə gecəsinə parlaq, şəffaf  libas geyinib.

Şeyma Subaşı nikahınaTürkiyədən cəmi 15 nəfəri dəvət edib. O, bacısı Kübra Açılın toyuna gəlməyəcəyini, bir bəhanə ilə dəvətdən imtina etdiyini söyləyib.

Şeyma Subaşı Acun Ilıcalının keçmiş arvadıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir