Dünya

Ərdoğan Türkiyədə sosial sahədə görülən işlərdən danışıb

Sharing is caring!


“Əmək pensiyasına çıxmağı gözləyən 2 milyon vətəndaşımızın istəklərini yerinə yetirdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmurların Həmkarlar Təşkilatının toplantısında bildirib.

Dövlət başçısının sözlərinə görə, əmək pensiyasının minimum həcmi artıq 7500 lirədir:

“Bayram payını 2000 lirə etməklə vətəndaşlarımıza ikili bayram yaşatdıq. Həmçinin müxtəlif dövlət qurumlarında çalışan 500 minə yaxın müqaviləli işçinin problemlərini həll etdik”.

Türkiyə lideri söyləyib ki, inflyasiyaya qarşı mübarizə davam edəcək:

“Demişdik ki, məmurlarımız inflyasiyadan əziyyət çəkməyəcəklər. Bu vədimizin üstündə dururuq. Bu günə qədər bizdə məmurlarımız, fəhlələrimiz inflyasiya təzyiqinə məruz qalmayıb, bundan sonra da qalmayacaqlar”.

Bundan başqa, R.T.Ərdoğan məmurlara təşəkkür edib:

“Sizin zəhmətiniz çoxdur. Bu ənənənin gələcəkdə də davam etməsini arzulayıram. Vətəndaş cəmiyyət təşkilatları ölkəmizin həyatında mühüm rol oynayırlar. Biz bunu fevralın 6-da baş vermiş zəlzələdən sonra gördük. Həmin fəlakətdən sonra vətəndaş cəmiyyətinin nümayəndələri zəlzələnin təsirlərinin aradan qaldırılmasına mühüm töhfə verdilər”.

Türkiyə prezidenti onu da qeyd edib ki, bəzi güclər zəlzələdən sui-istifadə edərək hökuməti günahlandırıblar:

“Biz isə vətəndaşlarımızla birlikdə hələ də meydanlardayıq. Hadisələri, yenidənqurma işlərini günbəgün izləyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir