Siyasət

“Separatizmə şərait yaradanların Azərbaycan ərazisindən çıxması qətiyyətimizin göstəricisidir” – RƏY + FOTO

Sharing is caring!


“Bu gündən etibarən Rusiya vətəndaşlığını qəbul etmiş ermənilərin Azərbaycan ərazisindən çıxması bizim növbəti uğurumuz, qətiyyətimizin göstəricisidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, həmin şəxslər Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışırlar:

“Onların havadarları başlatdıqları çirkin oyunu davam etdirə bilməyəcəklərini anlayırlar. Azərbaycan dəfələrlə deyib ki, bizim ərazimizdə ancaq vətəndaşlığımızı qəbul edən şəxslər yaşaya bilərlər. Bunu istəməyənlər isə ölkəmizi tərk edə bilərlər. Onlar üçün qapı açıqdır”.

Deputatın sözlərinə görə, həmin şəxslərin əksəriyyəti Rusiya pasportunu daşıyır:

“Onlar Rusiya vətəndaşlığını qəbul ediblər. Görünən odur ki, Azərbaycanda Dnestryanı, Donbass ssenariləri keçmədi. Proseslərin davamı da gələcək. Bizim ərazilərimizdə ancaq Azərbaycana reinteqrasiyanı qəbul edənlər yaşaya bilərlər. Onlara qanunvericilikdə nəzərdə tutulmuş bütün şərait yaradılacaq”.

Millət vəkilinin fikrincə, hər kəs anlamalıdır ki, atılan çirkin addımların perspektivi yoxdur:

“Azərbaycan hər zaman olduğu kimi, öz qətiyyətini və prinsipiallığını qoruyacaq. Separatizm səyləri davam edərsə, rəsmi Bakı bunun qarşısının alınması üçün sərt addımlar atacaq. Qarabağda vəziyyəti gərginləşdirən, separatizmi dəstəkləyənlər ayrı-ayrı qruplardır. Onlar arzularına çatmayacaqlar. Bunu özləri də bilirlər”.

Qeyd edək ki, avqustun 21-də Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər Ermənistan istiqamətində sərhədi keçərək ölkəmizi tərk ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir