Cəmiyyət

Naxçıvanda Sosial Xidmətlər Agentliyi yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin əsasında Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılıb. Müəyyən edilib ki, Nazirliyin tabeliyində […]

İdman

Premyer Liqa: Bayılda heç-heçə, “Neftçi” xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tur davam edir. Oxu.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib. Əvvəlcə “Səbail” və “Turan Tovuz” Bayıl stadionunda münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə qalib müəyyənləşməyib – 1:1. 29-cu dəqiqədə David Qomislə hesabı paytaxt təmsilçisi açsa da, tovuzlular ilk hissənin son dəqiqəsində Turan Vəlizadə ilə bərabərliyi təmin ediblər. 27 oyunda 28 […]

Siyasət

“Bu gün Ağdamda baş verən hadisə Ermənistanın törətdiyi mina terrorunun növbəti təzahürüdür” – RƏY + FOTO

“Bu gün Ağdamda iki nəfərin ölümü ilə nəticələnən partlayış Ermənistanın törətdiyi mina terrorunun növbəti təzahürüdür”. Bunu “Report”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Ekspert vurğulayıb ki, işğaldan azad olunan ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi olduqca çətin və təhlükəli prosesdir: “Azad olunan ərazilərdə bu gün həm hərbi, həm də humanitar təyinatlı minatəmizləmə işləri həyata keçirilir. […]

Cəmiyyət

Mahsun Kırmızıgül Bakıdan apardığı hədiyyəni kimə verib? – VİDEO

Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıda solo konserti zamanı verdiyi sözü tutub. “Qafqazinfo” xəbər verir ki, o, tədbir zamanı aldığı hədiyyəni Türkiyədə zəlzələdən zərər çəkən uşağa bağışlayıb. Bunu əks etdirən görüntüləri Kırmızıgül “Instagram” hesabında paylaşıb. “Azərbaycanda konsertimdə aldığım hədiyyəni zəlzələ bölgəsi Adıyamanda yaşayan əziz Yağmura çatdırdım. Çox xoşbəxt oldu. Təşəkkür etdi”, – müğənni yazıb. Həmin təsirli […]

İdman

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb – YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib. “Report”un məlumatına görə, 65 kq-da çıxış edən idmançı yarımfinalda fransalı İris Matilda Tiboya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə rumıniyalı Amina Kapezanı sınağa çəkəcək. 53 kq-dakı Gültəkin Şirinova finala gedən yolda türkiyəli Zeynep Yetgilə 0:5 hesabı ilə uduzub. O, […]

Dünya

Ermənistanda general həbs olundu

Ermənistanın Apellyasiya Məhkəməsi 3-cü ordu korpusunun keçmiş komandiri Qriqori Xaçaturovun həbsi barədə qərar qəbul edib. Bu barədə ölkə mediası Baş Prokurorluğun mətbuat katibi Lusine Martirosyana istinadən məlumat yayıb.  “Apellyasiya Məhkəməsi prokurorun vəsatətini təmin edib və Qriqori Xaçaturovu iki ay müddətinə həbs edib”, – deyə o, bildirib. Xatırladaq ki, bundan əvvəl İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi […]

Cəmiyyət

Kürdəmirdə avtomobil aşdı: Xəsarət alanlar var – FOTO

Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, Tərtər rayon sakini Bayramlı Ceyhun İdris oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişinlər – Tərtər rayon sakinləri 9 yaşlı […]

Dünya

Moldova parlamenti dövlət dilinin adının dəyişdirilməsini təsdiqləyib

Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib. Bu qərar iclasda hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatların səs çoxluğu ilə qəbul edilib. “Konstitusiya Məhkəməsinin bəzi qərarlarının icrası haqqında qanun layihəsi ikinci oxunuşda 58 deputatın səsi ilə qəbul edilib”, – qanunverici orqanın sədri İqor Qrosu iclasda bildirib. Dəyişikliyə əsasən, bütün qanunvericilik aktlarında “moldova […]

Cəmiyyət

461 hərbçi yeni mənzillərlə təmin olundu

Martın 16-da Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib. “Report”un xəbərinə görə, komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi […]