İdman

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb – YENİLƏNİB

Sharing is caring!


Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 65 kq-da çıxış edən idmançı yarımfinalda fransalı İris Matilda Tiboya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə rumıniyalı Amina Kapezanı sınağa çəkəcək.

53 kq-dakı Gültəkin Şirinova finala gedən yolda türkiyəli Zeynep Yetgilə 0:5 hesabı ilə uduzub. O, bürünc medal uğrunda qarşılaşmada Mariana Draqatun (Moldova) – Çadiya Ayaçi (Fransa) cütünün qalibi ilə görüşəcək.

57 kq-da yer alan Jalə Əliyevanın təsnifatda məğlub olduğu ukraynalı Aleksandra Xomenets finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib. Onun rəqibi bolqarıstanlı Nazife Mustafa Tahir olacaq.

18:52

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

“Report” xəbər verir ki, 53 kq-dakı Gültəkin Şirinova və 65 kq-dakı Birgül Soltanova bu raundadək irəliləyə biliblər. Şirinova finala gedən yolda türkiyəli Zeynep Yetgillə, Soltanova isə fransalı İris Tiboks ilə güləşəcək.

57 kq-dakı Jalə Əliyeva təsnifatda ukraynalı Aleksandra Xomenetsə məğlub olub. O, rəqibi finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaq.

68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici görüşdə polşalı Karolina Kozlovskaya qalib gəlib. Mirzəzadə bürünc medal uğrunda macarıstanlı Karolina Pokla qarşılaşacaq. Bu gün, həmçinin, 55 kq-dakı Elnurə Məmmədova bürünc medal uğrunda qarşılaşmada Mihaela Samoillə (Moldova) üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir