Dünya

Paris Korsikanı necə fransızlaşdırır? – VİDEO

Korsikalı Frederik Polet adada yaranmış son vəziyyətlə bağlı açıqlama verib. Digər soydaşları kimi, o da Fransa ərazisi olan bu adada yerli dilin qadağan edilməsini və Korsika xalqının sıxışdırılmasını qınayıb. Frederikin fikrincə, korsikalıların öz dilini müdafiə etməsi, ümumi maraqların qorunması üçün aparılan mübarizə deməkdir. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Siyasət

“Azərbaycan-BMT əməkdaşlığı azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə töhfə verir” – ŞƏRH + FOTO

“Azərbaycan BMT ilə davamlı inkişaf tədbirləri çərçivəsində uzunmüddətli proqramların icrasında indiyədək bir çox uğurlar əldə edib. Hazırda bölgədə yeni reallıqlar yaradan dövlətimiz azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, əhalinin qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqini beynəlxalq qurumlarla müzakirə edir. Bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə post-böhran mexanizmi olan […]

Cəmiyyət

Cəlilabadda avtoyuma məntəqəsinin işçisi müştərinin BMW-si ilə qəza törətdi: Xəsarət alan var – FOTO

Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib. “Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə BMW markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub. Qəza nəticəsində sürücülərdən […]

Dünya

Ərdoğan: “Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”

“Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”. Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq […]

Cəmiyyət

Goranboyda 22 yaşlı qadın dəm qazından zəhərləndi

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə rayonun Rəhimli kəndində baş verib. 2001-ci il təvəllüdlü Ceyhunə Nəsirova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 22 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, C.Nəsirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xeberal.az

Dünya

Lavrov Mirzoyanla üçtərəfli razılaşmaları müzakirə edəcək

Martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqlar aparacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, danışıqlarda nazirlər “ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində – MDB, Aİİ, KTMT-də əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımları” müzakirə edəcəklər. XİN-in rəsmi nümayəndəsi […]

Cəmiyyət

Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub

Ağcabədi şəhərində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli (arakəsmə divarları taxta konstruksiyadan ibarətdir) tikilidə yanğın olub. Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 24 kvadratmetr olan otağın yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 16 kvadratmetr olan otağın arakəsmə divarı 4 kvadratmetr sahədə və ev əşyaları yanıb. Tikilinin qalan hissəsi yanğından […]

Şou-Biznes

Muradın başına İŞ GƏLDİ: “Allah üzümə baxdı, başqa şey də ola bilərdi” – VİDEO

Bəstəkar-müğənni Murad Arif paylaşımı ilə diqqət çəkib. Lent.az xəbər verir ki, onun məclislərin birində paltarı cırılıb.  İynə-sapla pencəyini tikən M.Arif paylaşımda "Kişinin başına iş gələr. Səhnə adamının da dəhşəti belə şeylərdir. Hiperaktivliyə düymə dözmədi. Nə yaxşı ki, vaxtında anam öyrədib. Allah üzümə baxdı, başqa şey də ola bilərdi", – o qeyd edib.  Ətraflı videoda:

Cəmiyyət

Massaçusets Texnologiya İnstitutunu qəbul olan Dəniz Səttarlı: “Həmin gecə yata bilmədik” – MÜSAHİBƏ + FOTO

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, 16 yaşlı Dəniz Səttarlı tam təqaüdlə dünyanın ən yaxşı universitetlərindən sayılan Amerikanın Massaçusets Texnologiya İnstitutuna qəbul olunub. Azərbaycanda ilkə imza atan gənc qız Bizim.Media-ya müsahibəsində uğurunun sirrini bölüşüb: – Dəniz, əvvəlcə səni yaxından tanıyaq… – Mən Dəniz Səttarlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif […]

Dünya

Türkiyədə zəlzələlərdə dağılan binalarla bağlı həbs olunanların sayı AÇIQLANDI

Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan və ya zədələnən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1219 şübhəlinin məsuliyyəti müəyyən edilib. Bu barədə ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. Onun sözlərinə görə, hazırda şübhəli şəxslərdən 284 nəfəri saxlanılıb. Mənbə: Anadolu Xeberal.az