Cəmiyyət

Xəzərin Azərbaycan sektorunda balıq tapmaq müşkülə çevrildi – VİDEO

Xəzər dənizinin Azərbaycan sektorunda kütüm, ağ balıq, kefal, sazan və s. balıqları tapmaq müşkülə çevrilib. Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan bazarında satışa çıxarılan adıçəkilən balıqların əksər hissəsi Xəzərin Rusiya və İran sahil sularından tutulan balıqlardır. Yerli balıqların qiyməti də digər ölkələrdən gətirilənlərdən bahadır. Bəzən aradakı qiymət fərqi 3 manat və daha çox təşkil edir. Satıcılar və […]

Siyasət

İlham Əliyevin TDT liderləri ilə səmimi söhbəti – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü çərçivəsində bir sıra iştirakçı ölkələrin liderləri ilə söhbət edib. Qeyri-formal və səmimi ab-havada keçən söhbətdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban və digərləri iştirak ediblər. Xeberal.az

Şou-Biznes

“Duman” qrupunun solisti yenə eyni gödəkçədə – FOTO

"Duman" qrupunun solisti Kaan Tangöze uzun müddətdən sonra ötən axşam həyat yoldaşı Kıvılcım Ural ilə görünüb. Lent.az xəbər verir ki, müğənni məkanların birindən çıxarkən, kefinin yerində olmadığı da kameralara əks olunub.  Çox vaxt eyni gödəkçə ilə görünən Kaan jurnalistlərin suallarına sadəcə gülümsəyərək, reaksiya verib.  Qeyd edək ki, 2018-ci ildə evlənən Kıvılcım Ural və Kaan Tangöze […]

Siyasət

“BMT ilə məsləhətləşmələr Qarabağın bərpasında beynəlxalq iştirakçılıq baxımından vacibdir” – ŞƏRH + FOTO

BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, […]

Cəmiyyət

Allahşükür Paşazadəni narahat edən sual – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard Amerika dollarından çoxdur”. Prezident İlham Əliyev Qarabağda aparılan yenidənqurma işlərindən danışdı. “Göndərdiyiniz ata yadigarı çadırlar vətəndaşlarımıza çadır oldu”. Rəcəb Tayyib Ərdoğan Türkiyəyə zəlzələ zamanı göstərilən yardıma görə təşəkkür etdi. “Narazılıq edənlər var, qiymətlərin bahalığından”. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə əməkdaşımızın […]

Şou-Biznes

Mahsun Kırmızıgüldən təqdirəlayiq HƏRƏKƏT – VİDEO

Bir neçə gen öncə Bakıda konsert verən türkiyəli müğənni Mahsun Kırmızıgül paylaşımı ilə diqqət çəkib. Lent.az xəbər verir ki, konsertdə ona verilən məktəb ləvazimatlarının olduğu qutunu Adıyamandakı zəlzələdən zərər çəkən qızcığaza çatdıracağına söz verən müğənni buna əməl edib.  Mahsun paylaşımda “Azərbaycan konsertimdə aldığım əmanət qutunu zəlzələ bölgəsi olan Adıyamanda yaşayan sevgili Yağmura çatdırdım. Çox xoşbəxt oldu. […]

Cəmiyyət

Sevgilisini öldürüb, qadınla hotelə getdi – CİNAYƏT İŞİ + VİDEO

Cinayətlə nəticələnən bu məhəbbət hekayəsi Bakıda baş verib. Samirə Xəlilova və Zahid İbadov (ad və soyadlar şərtidir) sosial şəbəkədə tanış olurlar. Daha sonra onların münasibəti o qədər irəliləyir ki, görüşməyə qərar verirlər. Əvvəl onlar şəhərin mərkəzində yerləşən parklardan birində görüşürlər. Zahid Samirəyə həyatını daha ciddi münasibətlərin üstündə qurmaq istədiyini və həqiqi məhəbbəti axtarmağı barədə danışır. […]

Cəmiyyət

Şəki sakini sağ olduğu halda ölmüş kimi qeydiyyatdadır – VİDEO

Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb. Xezerxeber.az-ın məlumatına görə, 1982-ci ildə doğulmuş Müşviqə İbrahimxəlilovanın 41 yaşı var və o, ailəlidir. Bu yaxınlarda eşitdiyi xəbər isə onu və ailəsini şoka salıb. Sən demə, o 1987-ci ildən ölü kimi qeydiyyatda olubmuş. Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman […]

İdman

“Qarabağ” – “Qalatasaray”: İlk gündə satılan biletlərin sayı AÇIQLANDI

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək xeyriyyə oyununa satılan biletlərin sayı açıqlanıb. Ağdam klubundan verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin 42 500 ədədi artıq azarkeşlər tərəfindən alınıb. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən, klubun fan-şopundan, eyni […]

Şou-Biznes

Məşhur aktyor şok evlilik təklifi aldı – VİDEO

Məşhur amerikalı aktyor Kianu Rivzə baş rolu canlandırdığı "Con Uik 4" filminin qalası zamanı evlilik təklifi edilib.  Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktyora evlilik təklifini pərəstişkarı edib.  Fanatı Kianuya hamının içində "Səninlə evlənəcəyəm!", – deyə, qışqırıb. Aktyor onun addımına qarşılıq olaraq "Hə? Nə istədiyinə fikir ver!", – deyib.  Onu da qeyd edək ki, Kianu […]