Müharibə

“Mülki əhalinin minaya düşməsi faktlarını Ermənistanı müdafiə edənlər görməlidirlər” – ŞƏRH + FOTO

Ağdam rayonunun Yusifcanlı kəndində heyvan otaran 2 dinc sakin minaya düşərək, həlak olub. Partlayış zamanı ölənlər 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənovdur. Baş verən faciə işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Təəssüf ki, bu, mülki əhalinin erməni cinayətlərinin qurbanı […]

Cəmiyyət

Ağdaş sakinlərindən odlu silahlar götürüldü

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə […]

Siyasət

YAP İdarə Heyətinin iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olundu – FOTO

Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olunub. Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması […]

İdman

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb – FOTO

Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb. Federasiyadan verilən məlumata görə, 54 kq çəkidə çıxış edən milli üzvü 1/32 final çərçivəsində Lethokule Sibisi (CAR) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan Rəhimova yekunda 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/16 finalda ilk […]

Dünya

Türkiyədə Egey dənizi ilə bağlı xəbərdarlıq edildi

Egey dənizində bu gün axşam saatlarında fırtına ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Türkiyə Meteorologiya 2-ci Region Müdirliyinin Proqnoz və Erkən Xəbərdarlıq Mərkəzi bildirib. “6-8 (50-75 km/saat) gücündə olacaq fırtınanın şənbə günü axşam saatlarından sonra təsirini itirəcəyi gözlənilir”, – deyə məlumatda qeyd edilib. Dənizçilərə və yerli əhaliyə dəniz nəqliyyatında fasilələr yarana biləcəyi ilə […]

Cəmiyyət

Bir qrup şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edildi – FOTO

Bu gün Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, mənzil və avtomobillərin təqdimatı tədbirində  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar […]

Siyasət

TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləyib və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş Ankara Bəyannaməsində bildirilir. Sənədə əsasən, TDT dövlət başçıları, həmçinin bütün müsəlmanları incidən […]

Dünya

Ər-Riyad və Tehran bir-biri ilə hərbi qarşıdurmaya getməmək barədə razılığa gəliblər

Səudiyyə Ərəbistanı və İran bir-biri ilə hərbi qarşıdurmaya getməmək, həmçinin iki ölkənin maraqlarına qarşı yönəlmiş kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər. Bu barədə cümə axşamı krallığın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayılıb. “Hər iki ölkə bir-birinə qarşı hərbi təcavüzün qarşısını almaq və kəşfiyyat fəaliyyətini həyata keçirmək üçün müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüb”, – deyə […]

Dünya

Zaxarova Paşinyanın açıqlamalarını “möcüzəvi” və “izaholunmaz” adlandırdı – VİDEO

“Ermənistan baş nazirinin açıqlamaları o qədər izaholunmazdır ki, onları şəhr etmək belə mümkünsüzdür”.​ Bunu ənənəvi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru portalının müxbirinin sualını cavablandırarkən deyib. Tədbir nazirliyin sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb. Jurnalist XİN rəsmisinə Paşinyanın Rusiyanı bölgədə təhlükəsizliyin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməməkdə ittiham etməsi […]