İdman

Premyer Liqa: Bayılda heç-heçə, “Neftçi” xal itirdi

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib. Əvvəlcə “Səbail” və “Turan Tovuz” Bayıl stadionunda münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə qalib müəyyənləşməyib – 1:1. 29-cu dəqiqədə David Qomislə hesabı paytaxt təmsilçisi açsa da, tovuzlular ilk hissənin son dəqiqəsində Turan Vəlizadə ilə bərabərliyi təmin ediblər.

27 oyunda 28 xal toplayan “Turan Tovuz” 6-cı, “Səbail” isə 18 xalla sonuncu – 10-cudur.

Günün ikinci oyununda “Neftçi” ilə “Kəpəz” paytaxt klubunun meydanında üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib – 2:2. Hesabı ikinci hissədə gəncəlilər açsa da, ardınca “Neftçi” iki top vuraraq üstünlük əldə edib. Ancaq sonradan “Kəpəz” daha bir qol vurub və xal qazanıb.

Hazırda 56 xalı olan “Neftçi” 3-cüdür. “Kəpəz” isə 22 xalla 7-ci pillədə qərarlaşıb. Gəncə klubu “Sumqayıt”ı geridə qoyub.

Azərbaycan Premyer Liqası
XXVII tur

16 mart

“Səbail” – “Turan Tovuz” – 1:1
Qollar: 
David Qomis, 28 – Turan Vəlizadə, 45+1

“Neftçi” – “Kəpəz” – 2:2
Qollar:
 Emin Mahmudov, 65, Eddi İsrafilov, 71 – Yusif Nəbiyev, 57, Salif Sisse, 73

Turun dünən keçirilən oyunlarında “Qarabağ” “Sabah”ı 6, “Sabah” “Zirə”ni 2 cavabsız qolla məğlub edib. Tura sabah keçiriləcək “Qəbələ” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir