Cəmiyyət

Bakıda külək güclənib, bəzi rayonlarda yağış yağıb – FAKTİKİ HAVA

Sharing is caring!


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti oktyabrın 20-i səhər saatlarına qədər davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-u saat 17:00-a olan hava proqnozuna əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Mərkəzi Aran və Balakən, Şəki bölgələrində arabir yağış yağıb.

Şimal-qərb küləyi bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında 18 m/san-dək güclənib.

Oktyabrın 20-si gündüz və oktyabrın 21-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir