Dünya

“WhatsApp” yeni funksiyasını sınaqdan keçirir

Dünyada ən çox istifadə edilən mesajlaşma proqramı “WhatsApp” sıx rəqabətə qarşı davamlı təkmilləşdirmələri ilə zirvədəki yerini qoruyur. Onlardan biri də bir müddətdir fəaliyyət göstərən “Tətil rejimi”dir. Beta-test mərhələsində olan bu xüsusiyyətlə söhbətlər bildiriş göndərilmədən arxivə gedir. “Tətil rejimi”ni aktivləşdirsəniz, söhbət arxivdə qalacaq və yeni gələn mesajlarla belə normal söhbət görünüşü dəyişməyəcək. İstifadəçilər mesajlara yalnız arxivi açdıqda baxa […]

MARAQLI

Zəlzələdə həyatını itirənlərin adları fidanlarda yaşadılacaq – FOTO/VİDEO

Türkiyə 6 fevral zəlzələsində həyatını itirənlərin xatirəsi ağaclarda yaşadılacaq. Qeyri-adi təşəbbüs Mersin şəhərində Meşə Təsərrüfatı İdarəsinin “Çakıllı fidanlığı” tərəfindən irəli sürülüb. Belə ki, onlar təxminən 50 min sidr, küknar və şam tinglərinin yerləşdirildiyi dibçəklərin üzərinə fəlakət qurbanlarının adlarını yazıblar. Bu tinglər xüsusi ərazidə əkiləcək. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Miqrantların Rusiyada qısamüddətli qalma müddəti məhdudlaşdırıla bilər

Əcnəbilərin Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib. “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş (çıxış) və qalma (yaşayış) şərtləri haqqında” federal qanun layihəsi xarici vətəndaşların Rusiya Federasiyasının ərazisində vahid qısamüddətli qalma müddətini təqvim ili ərzində 90 gün müəyyən […]

İdman

İngiltərə Kuboku: “Mançester Siti” növbəti mərhələdə – VİDEO

İngiltərə Kubokunda (FA Cup) 1/8 final mərhələsinin matçları keçirilir. Bristolda eyniadlı komandanın qonağı olan “Mançester Siti” çətinlik çəkmədən səfərdən uğurlu nəticə ilə qayıdıb. Son ölkə çempionu aşağı liqa təmsilçisinə 3 cavabsız topla qalib gələrək növbəti mərhələyə yüksəlib – 3:0.  “Şəhərlilərin” heyətində Foden dublla yadda qalıb. Qələbə topuna isə De Brüyne imza atıb. Xeberal.az

Cəmiyyət

Soğanın hazırda pərakəndə satış qiyməti nə qədərdi? – VİDEO

Azərbaycanda soğanın ixracının dayandırılmasına və idxalından heç bir vergi tutulmamasına baxmayaraq qiymətlərdə fərq hiss edilmir. Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, soğanın qiyməti yeni qərarın verilməsindən öncə müəyyənləşib: “Hazırda soğanın pərakəndə satış qiyməti 1 manat 10 qəpikdir”, – deyə F.Fikrətzadə qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Dünya

Rusiyada koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayı kəskin artdı

Rusiyada koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayında kəskin artım müşahidə edilib. Son 24 saat ərzində Rusiyada 9,7 min koronavirusa yoluxma halı qeydə alınıb, 35 xəstə ölüb. Bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb. Gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 2 053 nəfər təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 161,2% artım deməkdir. Rusiyanın 70 […]

Dünya

Müştərinin zəlzələyə münasibəti heyrət doğurdu – VİDEO

Dünən İzmirin Foça mahalında 4,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin baş verdiyi an Foçada yerləşən restoranlardan birinin müşahidə kameralarına düşüb. Maraqlıdır ki, yeraltı təkan baş verərkən restoranda olan şəxslər tələsik binanı tərk etməyə çalışarkən, müştərilərdən biri soyuqqanlı şəkildə yeməyini yeməyə davam edir. Həmən gürüntüləri təqdim edirik: Mənbə: İHA Xeberal.az

MARAQLI

Zəlzələdə dağıntılar altında qalan Beyzanın verdiyi sual hər kəsi təsirləndirdi – VİDEO

Malatyada zəlzələ zamanı  altımərtəbəli binanın qalıqları altında qalan Beyza Yetiş xilasetmə əməliyyatında iştirak edən polisə verdiyi sualı ilə onu çətin vəziyyətdə qoyub. Bu barədə xilasedicinin özü danışıb. Polisin dediyini görə, vaxtilə Van zəlzələsini yaşayıb, bu səbəbdən hadisəni eşidən kimi dərhal könüllü şəkildə fəlakət bölgəsinə yollanıb. Əməliyyat zamanı ikinci mərtəbədə dağıntılar altında qalan 14 yaşlı Beyzaya […]

Dünya

Məşhur məşqçi onu təhqir edən azarkeşlərə sendviç atdı – VİDEO

“Atalanta”nın baş məşqçisi Canpyero Qasperini onu təhqir edən “Milan” azarkeşlərinə sendviç atıb. İnsident İtaliya A Seriyasının XXIV turunda “rossoneri”nin berqamoluları 2:0 hesabı ilə məğlub etdiyi matçdan sonra baş verib. Evə gedərkən Qasperininin yolları Milan fanatları ilə kəsişib. Bu zaman azarkeşlər mütəxəssisi təhqir etməyə başlayıblar. Bundan sonra italiyalı çalışdırıcı maşının şüşəsini aşağı endirib və onlara sendviç […]