Dünya

İsrail XİN: “İran xərçəng şişinə bənzəyir”

İranın nüvə silahlanmasının qarşısını almaq üçün yalnız iki yol var: Sanksiyalara qayıtmaq və ya hərbi varianta əl atmaq. Bunu İsrailin xarici işlər naziri Eli Koen Berlində alman həmkarı Annalena Berbok ilə birgə mətbuat konfransı zamanı bildirib. “İran dövlət terrorunun izlərini Ukrayna nümunəsində görmək olar. İran rejimi artıq təkcə regional deyil, həm Avropanın, həm də bu […]

İdman

Ronaldu Səudiyyə Ərəbistanında ayın oyunçusu seçildi

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu fevral ayı üzrə Yüksək Performans Mükafatı alıb. 38 yaşlı portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatında ayın ən yaxşı oyunçusu seçilib. O, Ər-Riyad klubunun heyətində dörd oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Xatırladaq ki, Kriştianu qış transfer pəncərəsində “Mançester Yunayted”lə yollarını ayırıb. Mənbə: sports.ru Xeberal.az

Dünya

Rusiyada dəhşət: mədrəsə müəllimi məscidin zirzəmisində əsir saxladığı 11 uşağa günlərlə işgəncə verib – VİDEO

Rusiyanın Ufa şəhərində dini fanat olan mədrəsə müəllimi oğlan uşaqlarının yerli məscidlərdən birinin zirzəmisində günlərlə saxlayıb və döyüb. Bu barədə məsciddən qaçan uşaq polisə xəbər verdikdən sonra məlum olub. Hüquq mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Məlum olub ki, Tacikistan əsilli kişi uşaqları zorla zirzəmidə çox pis şəraitdə (hətta çarpayı olmayıb) saxlayıb və təlim keçib. […]

Kriminal

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edildi

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Zülalova hökm oxunub və 17 il müddətinə azadlıqdan məhrum edilib. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü S. Zülalov şəxsi […]

İdman

İtaliya A Seriyası: “Roma” autsayderə uduzdu – VİDEO

İtaliya A Seriyasında 24-cü turun daha bir oyunu keçirilib. “Roma” səfərdə “Kremoneze”nin qonağı olub. Görüş paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2. Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Frank Tsacu açıb. 71-ci dəqiqədə Leonardo Spinatsola tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Daniel Çofani qoyub. İlk hissənin əvvəlində “canavarlar”ın baş məşqçisi Joze […]

Dünya

İran uranın zəngiləşdirməsini nüvə silahı istehsalı üçün yetərli qədər artırıb

İran son aylarda uranın zəngiləşdirilməsinə davam edib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında bildirilir. Qeyd olunur ki, hazırda İranın nüvə ehtiyatı 2015-ci il sazişində nəzərdə tutulandan 18 dəfə çoxdur. Belə ki, bu il 12 fevral tarixində İranın zənginləşmiş uran ehtiyatı 3673,7 kiloqrama bərabər olub. Halbuki, 2015-ci il tarixli razılaşmada bu hədd 202,8 kiloqram […]