Dünya

“Kral Şir” cizgi filminin ssenaristi vəfat edib

“Kral Şir”, “Mulan” kimi məşhur cizgi filmlərinin ssenaristi Barni Mettinson 88 yaşında vəfat edib. Qeyd olunur ki, o, “Walt Disney Company” və “Walt Disney Pictures”in təsisçisi olmuş Uolt Disney rəhbərliyi altında işləmiş sonuncu şəxs idi. Barni Mettinson həmçinin “Gözəl və bədheybət”, “Ələddin”, ”Tarzan” kimi məşhur cizgi filmlərinin ssenaristi olub. Mənbə: Deadline.com Xeberal.az

Dünya

Latviya Təhlükəsizlik Xidməti Ukraynada müharibənin bitəcəyi tarixi açıqladı

“Ukrayna ərazisində hərbi əməliyyatlar, uzağı, 2023-cü il bitənə qədər davam edə bilər. Hər iki tərəf, şərait yaranarsa, hücum imkanlarından istifadə edəcək”. Bu barədə Latviya Təhlükəsizlik Xidmətinin məlumatlarında qeyd edilir. Qeyd edilir ki, Rusiya hələ də strateji hədəflərini dəyişməyib və Kreml qışdakı fasilədən sonra yeni hücuma keçməyi planlaşdırır. Bununla yanaşı, Moskva Kiyevə qarşı hücumu bərpa etmək […]

Dünya

“Real”ın ulduzu zəlzələ qurbanlarına yardım üçün formasını Türkiyə səfirliyinə bağışladı

Madrid “Real”ının və Xorvatiya millisinin futbolçusu Luka Modriç nəcib addım atıb. Təcrübəli oyunçu yığmanın heyətində DÇ-2022-də Mərakeşə qarşı keçirdikləri qrup mərhələsində geyindiyi formasını Türkiyənin Xorvatiyanın paytaxtı Zaqrebdəki səfirliyinə hədiyyə edib. Həmin forma hərraca çıxarılacaq və gəlir qonşu ölkədə baş verən dəhşətli zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə istifadə olunacaq. Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim sosial şəbəkə […]

Dünya

Ukrayna BAEA-nın Rəhbərlər Şurasına öz namizədliyini verib

Ukraynanın Energetika Nazirliyi 2023-25-ci illər üçün Beynəlxalq Atom Enerjisi üzrə  Agentliyin (BAEA) Rəhbərlər Şurasına öz namizədliyini verib. Bu barədə ölkənin Energetika Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, Rəhbərlər Şurası BAEA-nın icra orqanıdır və təşkilatın bütün üzv ölkələri (o cümlədən Rusiya) üçün məcburi olan qərarlar qəbul edir. Mənbə: Biznes.nv.ua Xeberal.az

Dünya

Finlandiya Rusiya ilə sərhəddə hasar tikməyə başlayıb

Finlandiyada Rusiya ilə sərhəddə hasarın tikintisinə başlanılıb. Bildirilir ki, İmatra sərhəd-keçid məntəqəsinin hər iki tərəfindəki ağaclar artıq çıxarılır. Burada ilk olaraq sınaq hasarı deyilən hissənin üç kilometrlik hissəsi tikiləcək. Hökumət hasarın qış şaxtalarına, qar yükü və şərqdən gələ biləcək insan kütləsinə nə dərəcədə davamlı olduğunu yoxlayacaq. Pilot hasarın iyunun sonunadək hazır olacağı gözlənilir. İmatradakı sınaq […]

Cəmiyyət

Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb

“Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni rəhbərliyi ilə birgə vətəndaşlardan daxil olan ərizə və şikayətləri diqqətlə araşdırır. Hazırda həmin ərizə və şikayətlər əsasında bir neçə cinayət işi başlanılıb. Gələcəkdə istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”. Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarında […]

Cəmiyyət

Kamran Əliyev: “Bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”

“Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”. Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. “Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”. Kamran Əliyev əlavə edib […]

Siyasət

Leyla Abdullayeva Fransanın “İ24news” televiziya kanalına regiondakı reallıqlardan danışıb – VİDEO

Antisemitizmin olmaması dünyəvi və hər kəsin əqidəsinə və etnik mənşəyinə hörmətlə yanaşan dövlət modelimizin gücünü sübut edir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin “İ24news” televiziya kanalına müsahibəsində deyib. Səfir Leyla Abdullayeva Azərbaycanın sülh niyyətlərindən, regionda davamlı sülhün bərpasında maraqlı olmasından, ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Münxen təhlükəsizlik […]

Cəmiyyət

Son iki ildə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı yeddi cinayət işi başlandı

“2022-ci ildə mediada getmiş məlumatlarla bağlı beş cinayət işi başlamışıq, bəziləri məhkəməyə göndərilib”. Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, 2021-ci ildə isə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı üç cinayət işi başlanıb: “Gördüyünüz kimi burada artım tendensiyası müşahidə olunur. Burada yalnız cinayət işlərindən söhbət gedir. Mediada gedən […]