Dünya

“Real”ın ulduzu zəlzələ qurbanlarına yardım üçün formasını Türkiyə səfirliyinə bağışladı

Sharing is caring!

Madrid “Real”ının və Xorvatiya millisinin futbolçusu Luka Modriç nəcib addım atıb.

Təcrübəli oyunçu yığmanın heyətində DÇ-2022-də Mərakeşə qarşı keçirdikləri qrup mərhələsində geyindiyi formasını Türkiyənin Xorvatiyanın paytaxtı Zaqrebdəki səfirliyinə hədiyyə edib. Həmin forma hərraca çıxarılacaq və gəlir qonşu ölkədə baş verən dəhşətli zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim sosial şəbəkə hesabından etdiyi paylaşımda Dominik Livakoviç və Yoşko Qvardiolun da formalarını səfirliyə bağışladıqlarını yazıb.

Mənbə: cnnturk.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir