Dünya

Mahir Emrelinin komandası çempion məşqçiyə tapşırıla bilər

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Aleksandar Stanoyeviçlə yollarını ayıra bilər. Konya təmsilçisinin rəhbərliyi serbiyalı mütəxəssisin performansından narazıdır. Onun rəhbərliyi altında komanda beş oyunun hamısında məğlubiyyətlə üzləşib. “Konyaspor”un baş məşqçi namizədi də bəllidir. Məlumata görə, klub rəhbərliyi sabiq çalışdırıcısı Sergen Yalçını bu posta gətirmək istəyir. Tərəflər ilkin təmasları qurublar. Mütəxəssis hələlik kluba mənfi və ya müsbət […]

Cəmiyyət

Media.Az xəbər saytının 5 yaşı tamam oldu!

Bu gün Media.Az xəbər portalının 5 yaşı tamam olur. Sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb. Media.Az bütün sutka ərzində, günün 24 saatı işləyir, saytda rus dilində xəbərlər dərc edilir. Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Media.Az portalı geniş oxucu auditoriyasına malikdir.  Saytda aktual xəbərlərlə […]

Cəmiyyət

Mingəçevirdə iranlıya narkokuryerlik edən keçmiş məhkum TUTULDU – FOTO/VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Hilal Əsgərov tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 120 qramdan artıq heroin və külli miqdarda […]

Cəmiyyət

Laçın-Xankəndi yolundakı aksiya 80 gündür davam edir – FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səksən gündür davam edir. APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya gecə boyu da davam edib. Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz […]

Cəmiyyət

İsrailin xarici işlər naziri Avropa ölkələrinə səsləndi – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”, – Xarici işlər nazirinin müavini BMT rəsmisinə Laçın-Xankəndi yolundakı aksiya ilə bağlı məlumat verdi. “İran xərçəng şişinə bənzəyir. Molla rejimi bütün dünyanın probleminə çevrilib”, – İsrailin xarici işlər naziri Avropa ölkələrinə səsləndi. Ərlə arvad arasındakı mübahisə faciə ilə nəticələndi. Qayınata kürəkənini ov tüfəngi ilə qətlə yetirdi. Daha […]

Dünya

Yunanıstanda iki qatar toqquşdu: Onlarla ölən və yaralanan var – FOTO

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 29 nəfər ölüb, 85 nəfər xəsarət alıb. Bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib. Hadisə yerinə 150 ​​yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub. Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə […]

Dünya

Rusiya Çindən PUA-lar ala bilər

Çin istehsalı olan kamikadze dronları Kiyevə və Ukraynanın digər iri şəhərlərinə zərbələr endirmək üçün istifadə oluna bilər. Bu barədə hərbi tarixçi, NATO-nun PUA-lar üzrə müşaviri Ceyms Rocers bildirib. Onun sözlərinə görə, ZT-180 dronları haqqında çox az şey məlumdur. Bununla belə, qərbli analitiklər bilirlər ki, bunlar birdəfəlik istifadəyə yararlı sursatlardır və  hədəfləri məhv etmək üçün onları […]

İdman

Rusiya Şahmat Federasiyası Avropadan Asiyaya keçdi

Rusiya Şahmat Federasiyası (RCF) Asiya Şahmat Federasiyasına (ACF) qəbul edilib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Əbu-Dabidə Asiya Şahmat Sammiti çərçivəsində Asiya Şahmat Federasiyasının Qitə Assambleyası keçirilib və orada Rusiya Şahmat Federasiyasının ACF-yə daxil olması məsələsi həll olunub. Bildirilir ki, qərarın lehinə 29 nümayəndə, əleyhinə 1 nəfər səs verib. 6 nəfər isə bitərəf qalıb. […]

Dünya

Xarici klinikalar rusiyalı xəstələrin müalicəsindən imtina edirlər

Əvvəllər Rusiya Federasiyasının vətəndaşlarına tibbi yardım göstərən xarici klinikalar daha tez-tez müalicədən imtina etməyə başlayıblar. Bu barədə tibb turizmi ilə məşğul olan şirkətlərin nümayəndələrinə istinadən məlumat yayılıb. “Almaniyanın bir sıra dövlət və universitet klinikaları faktiki olaraq rusiyalı xəstələrlə işləməyi dayandırıb. Onlar müraciətləri qəbul edirlər, lakin cavab vermirlər”, – deyə “TopMedClinic” xidmətinin baş direktoru Viktoriya Sandaluk […]

Dünya

Malatya zəlzələsindən sonra yeni qırılma xətti ilə bağlı xəbərdarlıq – FOTO

Türkiyənin Malatya şəhərində dünən günorta saatlarında 5,6 bal gücündə, bu gün səhər saatlarında isə 4,1 bal gücündə zəlzələ baş verib. Professor Naci Görürün bununla bağlı açıqlaması diqqət çəkib: “Malatyanın Yeşilyurt bölgəsində 5,5 bal gücündə zəlzələ olub. Zəlzələ Malatya qırılma xəttinə paralel xətt üzərindədir. Bu qırılma xətti xəritədə çəkilməyən yeni bir qırılma xətti ola bilər”. Professorun sözlərinə […]