Dünya

Məşhur məşqçi onu təhqir edən azarkeşlərə sendviç atdı – VİDEO

Sharing is caring!

“Atalanta”nın baş məşqçisi Canpyero Qasperini onu təhqir edən “Milan” azarkeşlərinə sendviç atıb.

İnsident İtaliya A Seriyasının XXIV turunda “rossoneri”nin berqamoluları 2:0 hesabı ilə məğlub etdiyi matçdan sonra baş verib.

Evə gedərkən Qasperininin yolları Milan fanatları ilə kəsişib. Bu zaman azarkeşlər mütəxəssisi təhqir etməyə başlayıblar. Bundan sonra italiyalı çalışdırıcı maşının şüşəsini aşağı endirib və onlara sendviç atıb. Fanatlar həmin sendviçi götürərək maşına tərəf atıblar.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.

Mənbə: football-italia.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir