Dünya

Rusiyada altı yaşlı uşaq özünü pəncərədən atdı – FOTO

Sharing is caring!


Moskva yaxınlığındakı Şçelkovoda altı yaşlı uşaq yanğından qorxaraq özünü mənzilin pəncərəsindən atıb.

Məlumata görə, anası onu bir müddət tək qoyub və uşaq özü üçün yemək isitmək qərarına gəlib.

Lakin sobanı yandıranda azyaşlı səhvən pişik yeməyi paketini yandırıb. Uşaq qorxusundan pəncərəni açıb və ikinci mərtəbədən atılıb.

Hazırda o, müxtəlif xəsarətlərlə xəstəxanadadır, lakin həyatı üçün təhlükə yoxdur.

Hadisə yerinə gələn polis əməkdaşları evdə qazın hələ də yandığını, lakin yanğın olmadığını müəyyən ediblər.

Mənbə: vesti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir