Cəmiyyət

Bakıda qadın onu döyən ərini həbs etdirdi

Sharing is caring!

Nizami Rayon Məhkəməsində arvadını döyən Rəşad Məmmədova hökm oxunub.  

“Yeni Sabah” xəbər verir ki, hadisə bu il avqustun 29-da Bakıda baş verib.

Belə ki, Sahilə Məmmədova DİN-in 102 xidmətinə zəng edərək həyat yoldaşı, 1983-cü il təvəllüdlü Rəşad Məmmədov tərəfindən döyülməsi barədə məlumat verib. Məlumat əsasında polis əməkdaşları ünvana gedərkən Rəşad şikayətin araşdırılması üçün onlarla birlikdə polis şöbəsinə getməkdən imtina edib. O, həmçinin mənzildə yüksək səslə bağıraraq, hay-küy salaraq və nalayiq ifadələrdən istifadə edərək asayiş keşikçiləri ilə çəkişib, onların qanuni tələblərinə tabe olmayıb. Buna görə Rəşad polis şöbəsinə aparılıb. Ancaq o, analoji hərəkətlərini şöbədə də davam etdirib.

Məhkəmədə şahid qismində ifadə verən Sahilə Məmmədova ifadəsində bildirib ki, Rəşadla 18 ildir ki, evlidirlər:

“Demək olar ki, hər gün Rəşad məni döyərək incidir, işgəncə verirdi. Bəzi vaxtlar Rəşadın barəsində şikayət etsəm də, sonradan ailəmi düşünərək onun barəsində tədbir görülməsini istəmirdim. 28 avqust 2022-ci ildə Rəşad yenidən məni vurmağa başladı. Şillə vurub, saçımdan tutaraq dartdı, sonra oğlumu da itələdi. Rəşadın aqressiv hərəkətlərini görüb başqa hadisənin baş verməməsi üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat verdim. Bundan sonra polislər gəldi. Rəşadı polis şöbəsinə dəvət etsələr də, o, getmək istəmədi, ucadan söyüşlər söyüb, hay-küy saldı.”

R. Məmmədovun barəsində protokol tərtib olunaraq Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir