İdman

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Sharing is caring!

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda 12 qol vurub.

Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “ağ-qaralar” üçün son 17 ilin ən yüksək məhsuldarlığının təkrarıdır. Bakı klubu 2007/2008 mövsümündəki göstəricisinə imza atıb.

Paytaxt təmsilçisinin startda daha çox qol vurması isə 2005/2006 mövsümünə təsadüf edib. Həmin vaxt “Neftçi” ilk 5 turda 13 dəfə rəqib qapısına yol tapıb. Sonrakı 17 mövsüm üçün rekord isə 2007/2008 və 2022/2023 mövsümlərinə aiddir.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda həm də ilk 5 turda iki böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” sonuncu dəfə azarkeşlərini belə startla 2003/2004 mövsümündə sevindirib. 19 il öncə beş oyundan ikisində üç və ya daha çox top fərqi qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir