İdman

Futbol matçında 60 qol vuruldu, 41-i avtoqol oldu

CAR-da futbol üzrə üçüncü liqada görünməmiş hadisə baş verib. Oxu.Az xəbər verir ki, iki futbol matçında böyük hesablar qeydə alınıb.  Belə ki, ikinci liqaya yüksəlmək istəyən “Matiyasi” klubu “Nsami Mayti Börds”lə oyunda 59:1 hesablı qələbə qazanıb. Maraqlısı budur ki, qarşılaşmada “Nsami Mayti Börds” komandası 41 topu öz qapısına vurub.  Eyni liqada mübarizə aparan “Şivulani Deyncers […]

İqtisadiyyat

Türkiyə Qara dəniz qazı layihəsinin icrasında mühüm mərhələyə qədəm qoyur – FOTO

Türkiyə Qara dənizdəki Sakarya yatağından təbii qazın çıxarılması layihəsinin həyata keçirilməsində vacib mərhələyə qədəm qoyur. İyunun 10-da iki km-ə qədər dərinlikdə 170 kilometr uzunluğunda qaz kəmərinin çəkilişinə başlanılacaq. İşlərin beş ay ərzində başa çatdırılması planlaşdırılır. Boruların çəkilməsi “Kastoro-10” və “Kastrone” adlı xüsusi gəmilərlə aparılacaq. Birinci gəmi artıq keçən həftə Qara dənizdəki Filos limanına çatıb, buradan dəniz qaz […]

İqtisadiyyat

Cənubi Qafqazda davamlı sülh regiona investisiya axınını sürətləndirə bilər

Cənubi Qafqaz hər zaman aktiv geosiyasi məkan olub. Əksər hallarda regional siyasi gərginlik hərbi əməliyyatlarla müşahidə olunub. 2020-ci il sentyabr ayının sonundan noyabr ayına qədər 44 gün davam edən Vətən müharibəsi nəhayət ki, regionda münaqişəyə son qoydu, 10 noyabr tarixində Ermənistanın kapitulyasiyasını əks etdirən üçtərəfli bəyannamə imzalandı.  Bu gün Cənubi Qafqazda yeni reallıqlar mövcuddur. Regionda […]

Mədəniyyət

Anar Kərimovun çətiri altında özbaşnalıq edən region müdiri kimdir?-Foto

24 mart 2000-ci ildə prezident fərmanı ilə təsdiq edilmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsində muzeylərin maliyə mənbələri göstərilib: büdcədən ayrılan vəsait; biletlərin satışından əldə olunan gəlir; ekskursiya xidməti, sərgilərin təşkili, çap məhsullarının və suvenirlərin hazırlanması və satışından əldə olunan gəlirlər, muzeylərə məxsus bədii salon, emalatxana və digər obyektlərdən yığılan gəlirlər; hüquqi və fiziki şəxslərin könüllü […]

İqtisadiyyat

Əmək kitabçalarının elektronlaşması prosesi nə zaman bitəcək? – RƏSMİ AÇIQLAMA

“Əmək kitabçaları ləğv edilmir, sadəcə bunun işə götürənlər tərəfindən tələb olunması ləğv edilir”. Oxu.Az-ın məlumatına görə, bunu Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əmək kitabçaları elektronlaşdırılır: “Əmək kitabçalarının elektronlaşdırılması kompleks […]

İdman

“Ferrari” komandası bolidin təkərini dəyişməyi azarkeşlərə nümayiş etdirdi – FOTO

Bu gün “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində çoxdan gözlənilən “Pit” zolağında yürüş həyata keçirilib. Oxu.Az xəbər verir ki, yüzlərlə bilet sahibinin həvəslə gözlədiyi yürüş zamanı tamaşaçılar “Pit” zolağında hərəkət etməklə qarajların önündən keçmək, “Formula-1” komandalarının iş prosesini izləmək və dünya şöhrətli pilotları yaxından görmək şansı qazanıb. “Pit” zolağı yürüşü zamanı “Ferrari” komandası bolidi nümayiş etdirərək, bir […]

İdman

“Formula-1” üçün Bakıda musiqili proqram da olacaq

“Formula-1” əyləncə zonası ənənəvi olaraq Dənizkənarı Milli Parkda yerləşəcək”. Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Halqası əməliyyat şirkətinin mətbuat katibi Turab Teymurov deyib. O, Bakıda təşkil olunacaq əyləncələrdən danışıb: “Əyləncə zonaları müxtəlifliyinə görə üç növə bölünəcək. Bunun biri uşaqlar üçün əyləncə zonası olacaq. Digər ikisi isə “Formula-1” komandalarının özünün və ədəbiyyatımız, tariximiz ilə bağlı yaratdığımız zonalardır. Məsələn, […]

İqtisadiyyat

Dörd min şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi təklif olunan işdən imtina etdi – SƏBƏB

“Bizim 12 721 qazimiz, 80 mindən artıq müharibə iştirakçımız var”. Oxu.Az-ın məlumatına görə, bunu Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu günə qədər 17 min şəxslə bilavasitə əlaqə saxlanılıb: “12 […]

İqtisadiyyat

Rumıniyalı nazir: “Azərbaycanla CQD kimi bir sıra layihələrdə birlikdə işləyə bilərik”

Rumıniya və Azərbaycan Cənub Qaz Dəhlizi (SGC) və Xəzər dənizi ilə Qara dəniz arasında “yaşıl körpü”nün yaradılması ilə bağlı layihələrdə birgə iştirak edə bilərlər. Bunu “Report”a açıqlamasında Rumıniyanın enerji naziri Virgil Daniyel Popesku (Virgil Daniel Popescu) deyib. V.Popesku əlavə edib ki, hazırda Azərbaycan qazının Rumıniyaya tədarükü ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparılır: “Biz Azərbaycan […]

Müharibə

Lavrov: “Sülh sazişi Azərbaycanın təkliflərinə əsaslanır”

“Şübhə yoxdur ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair yekun razılaşmalar əldə olunacaq. Rusiya bunu tam dəstəkləyir”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. “Bizim prosesin (Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması – red.) irəliləməsi barədə ümumi anlayışımız var. Ola bilsin, biz bu tempin daha […]