İqtisadiyyat

Dörd min şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi təklif olunan işdən imtina etdi – SƏBƏB

Sharing is caring!

“Bizim 12 721 qazimiz, 80 mindən artıq müharibə iştirakçımız var”.

Oxu.Az-ın məlumatına görə, bunu Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu günə qədər 17 min şəxslə bilavasitə əlaqə saxlanılıb:

“12 188 şəxsi məşğulluq proqramına, 7 771 özünüməşğulluğa cəlb olunub, 4 417 nəfər işlə təmin olunub. 2 400-dən artıq şəxs özəl və dövlət yerlərində işlə təmin etmişik”.

“805 nəfərdən artıq şəxsi işlə təminatı nəfər ictimai işlərə cəlb etmişik. 4 000-ə yaxın şəxs təklif olunan işlərdən imtina edib. Onlar səbəb kimi məşğulluqlarının mövcud olmaları və ya bu işlərə ehtiyac olmamalarını göstərib. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1500-ə yaxın standartların yekunlaşdırılması nəzərdə tutulub”, – deyə o qeyd edib.

O əlavə edib ki, “Bu günə qədər 1 000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir