İdman

Rəşad Nəbiyev Yevlaxda cüdo üçün bazanın təkmilləşdirilməsini tapşırdı – FOTO

Sharing is caring!

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçularla görüşüb.

Oxu.Az xəbər verir ki, görüş zamanı məlumat verilib ki, Yevlaxda 120-ə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olurlar.

Federasiya prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstək göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir