Cəmiyyət

Müğənni Sevda Əliqızı: “Ağrılara görə danışa bilmirəm”

Sharing is caring!


Müğənni Sevda Əliqızı bu gün xəstəxanadan evə buraxılacaq.

Bu barədə Oxu.Az-a tanınmış müğənninin özü məlumat verib. O, danışmaqda çətinlik çəkdiyini qeyd edib.

“Şükür, yavaş-yavaş sağalıram. Bu gün xəstəxanadan çıxacağam. İrəliləyiş, yəqin ki, olacaq. Cərrahi əməliyyatım yaxşı keçdi. Müalicələrim davam edəcək. Bir qədər ağrım var, ona görə danışmaqda çətinlik çəkirəm”.

Xatırladaq ki, müğənni Sevda Əliqızı bir neçə müddətdir ki, süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Milli Onkologiya Mərkəzində cərrahi əməliyyat olunub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir