İdman

Premyer Liqa: “Liverpul”a çempionluq yolunda daha bir zərbə – VİDEO

Sharing is caring!




İngiltərə Premyer Liqasının 35-ci turunda “Vest Hem” doğma meydanda “Liverpul”u qəbul edib.

Oxu.Az xəbər verir ki, çempionluq yarışında olan “Liverpul” növbəti dəfə xal itkisinə məruz qalıb.

Qarşılaşmada hesabı 43-cü dəqiqədə J.Bouen açıb. 48-ci dəqiqədə A.Robertson hesaba tarazlıq gətirib. 65-ci dəqiqədə A.Areolanın öz qapısına vurduğu qol qonaqları hesabda önə çıxarıb. Oyunda son nöqtəni 77-ci dəqiqədə M.Antonio qoyub. 2:2 hesablı heç-heçə hər iki komandanın turnir cədvəlindəki mövqeyinə təsirsiz olub. 49 xala sahib “Vest Hem” əvvəlki kimi 8-ci, 75 xallı “Liverpul” isə üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Liverpul” Premyer Liqanın 34-cü turunda səfərdə “Everton”a uduzmuşdu.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir