İdman

FIFA-nın baş katibi Bakıda seminar keçib

Sharing is caring!


Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Samoura seminar keçib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, o, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək, Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

İnteraktiv şəkildə təşkil olunan liderlik mövzusunda olan seminarda F.Samoura ona ünvanlanan sualları cavablandırıb. O, qadın futbolçulardan ibarət Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir