İdman

Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk görüşü Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası doğma arenasında “Kəpəz”i qəbul edib. Rəqibini səfərdə 3:0 hesabı ilə məğlub edən Gəncə təmsilçisi sonuncu pilləni ona təhvil verib. Adil Şükürovun komandasında 6 və 72-ci dəqiqələrdə Georgi Papunaşvili, 70-ci dəqiqədə isə Adama Niane fərqləniblər. “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov 50-ci dəqiqədə qırmızı vərəqə alıb.

Bu nəticə ilə xallarının sayını 13-ə çatdıran “Kəpəz” 9-cu pilləyə yüksəlib. “Qəbələ” isə 11 xalla sonuncu yerə düşüb.

Qeyd edək ki, turun ilk oyununda ötən gün “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib. Digər matçlar isə bu gün və dekabrın 10-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir