Siyasət

Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri ilə görüşüb – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb. Görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib. Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin […]

Siyasət

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunub – FOTO

9 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Tədbirdə AR XİN-in rəhbər heyəti, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin […]

Kriminal

Azərbaycanda DYP rəisinin rüşvət aldığı iddia edilir – AUDİO

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi rüşvət alıb.  Bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb. Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur.  Səslənən iddiaya görə, o, kimləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib. Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul […]

İqtisadiyyat

Şəhid ailələri və qazilərə göstərilən sosial xidmətlərin sayı BİLİNDİ

“Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibənin şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir”. Oxu.Az-ın məlumatına görə, bunu Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin […]

İqtisadiyyat

Maduronun Ankara səfəri: Türkiyənin hədəflərini necə “oxuyaq”? – TƏHLİL

Beynəlxalq münasibətlərin təməllərinin laxladığı bir zamanda Venesuela Prezidenti Nikolas Maduronun Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməsi siyasi nəzərləri bu məsələyə cəmləyir. Öncəliklə deyək ki, Türkiyə iqtisadi əsaslar, təhsil sistemi və müdafiə sənayesi üzərindəki elementlərlə özünü qlobal oyunçuya çevirmək yönündə çalışır, Venesuela ilə əməkdaşlıq platforması isə bunun tərkib hissəsidir. Maduronun Türkiyə səfəri Venesuelanın […]

Siyasət

ABŞ-Azərbaycan münasibətlərindəki “907”ci “YOXUŞ”: Səfirdən AÇIQLAMA

ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi hələ də qüvvədə qalır. ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 2021-ci ilin aprelində 907-ci düzəlişi növbəti bir il üçün dondurmuşdu. Bununla belə, sənəd qüvvədən düşməyib. 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunub. 2002-ci ildə bəzi düzəlişlər edilərək ABŞ prezidentinə həmin sənədin müddəalarını bir il müddətinə dondurmaq […]

Kriminal

“Nərmin işi”: Məhkəmədə mübahisə düşüb, hakim iki şahidi zaldan çıxarıb

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən ifadə verib. O, əvvəlki prosesdə ifadə verən kənd sakini Ülfət Əliyevin ifadəsi əsasında məhkəməyə […]

Müharibə

Azərbaycan Ordusunda intensiv təlimlər keçirilir – VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir. Quru Qoşunları, […]