Siyasət

ABŞ-Azərbaycan münasibətlərindəki “907”ci “YOXUŞ”: Səfirdən AÇIQLAMA

Sharing is caring!

ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi hələ də qüvvədə qalır.

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 2021-ci ilin aprelində 907-ci düzəlişi növbəti bir il üçün dondurmuşdu. Bununla belə, sənəd qüvvədən düşməyib.

907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunub. 2002-ci ildə bəzi düzəlişlər edilərək ABŞ prezidentinə həmin sənədin müddəalarını bir il müddətinə dondurmaq səlahiyyətləri verilib.

Həmin sənəd ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımına dair qadağaları özündə ehtiva edir. 

Oxu.Az bildirir ki, ABŞ səfiri Örl Litzenberger keçirdiyi brifinqdə həmin mövzu ilə bağlı səslənən suala cavab verib.

Səfir qeyd edib ki, 907-ci düzəliş qüvvədə qalsa da, bu, Azərbaycanla ABŞ-ın əməkdaşlığına maneə yaratmır.

“Bizim Azərbaycanla bir çox sahədə – enerji sahəsində, təhlükəsizlik sferasında – sıx əməkdaşlığımız var.

ABŞ beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanla əməkdaşlıq edir və biz bundan məmnunuq”, – deyə səfir əlavə edib.

907-ci düzəlişin ləğvi məsələsinə gəlincə, səfir bildirib ki, bununla bağlı yekun qərar ABŞ Konqresinə aiddir.

“Mən nikbinəm ki, Azərbaycan və Ermənistanın uzunmüddətli sülhə nail olmaq imkanları var. ABŞ bu istiqamətdə irəliləyiş görür. Əgər sülh əldə olunsa, bu, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərini yenidən nəzərdən keçirməsinə gətirib çıxaracaq”, – deyə səfir fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir