Cəmiyyət

Vasif Talıbovun oğlu işdən çıxarılıb? – AÇIQLAMA

Sharing is caring!

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması ilə bağlı yayılan məsələlərə münasibət bildirib. 

DMX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, R.Talıbov işinin başındadır.

“O, hazırda vəzifəsini icra edir. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılır. 

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir