Müsahibə

İrina Zukerman: “Problemi Azərbaycan kimi vasitəçinin köməyi ilə həll etmək olar”

Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan təhlükəsizlik böhranı, üç ay yarımdır gedən genişmiqyaslı müharibə, bu fonda yaşanan gərginlik, hətta kütləvi qırğın silahlarının tətbiqinə dair bəyanatlar və s. məqamlarla bağlı milli təhlükəsizlik məsələləri üzrə amerikalı ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Zukerman Oxu.Az-a fikirlərini bildirib. Şimali Atlantika Alyansında yetişən böhran vəziyyəti, Türkiyə-Yunanıstan münasibətləri, Ankaranın ədalətli olaraq […]

Müsahibə

Hazırda İİV-lə yaşayan neçə Azərbaycan vətəndaşı var? – Həkimlə MÜSAHİBƏ

Azərbaycanda İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) – Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyi, bu xəstəlikdən əziyyət çəkənlərin sayı ilə bağlı məlumat açıqlanıb.   Bununla bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova Səhiyyə Nazirliyinin saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik: – Günəş xanım, ilk öncə İİV/QİÇS xəstəliyi barədə məlumat verərdiniz… – İİV infeksiyası – İnsanın […]

Cəmiyyət

Gədəbəydə tələbələri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var

Gədəbəydə içərisində tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb. “Report” xəbər verir ki, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cu il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü […]

Kriminal

19 yaşlı oğlan özünü BIÇAQLADI

Şəmkir sakini özünə xəsarət yetirib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. 2003-cü il təvəllüdlü Elcan Cömərdov qarın boşluğunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilərək əməliyyat edilib. Pasientin vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 19 yaşlı oğlan özünə bıçaqla xəsarət yetirib. Onun özünü hansı səbəbdən bıçaqlaması məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Ərdoğan Yunanıstana yunan dilində sərt xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında yunanca mesajlar paylaşaraq Yunanıstana xəbərdarlıq edib. O, bildirib ki, Türkiyə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək. “Türkiyə heç kimin haqqı və hüququnu pozmur, lakin heç kimin öz haqqı və hüququnu pozmasına da imkan verməyəcək. Ölkəmizin materik ərazisindən 2 kilometrdən az, Yunanıstandan […]

Dünya

Fəhlələr qazana yem əvəzinə bomba qoyub ayını partlatdılar – VİDEO

Yakutiyada fəhlələr yemək axtarmaq üçün qəsəbələrinə gələn ayını partladıblar. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, partlayıcı yem olan qazana qoyulub. Regionun Ekologiya Nazirliyindən bildirilib ki, bu qəddar davranış heyvanlara qarşı amansızlıq da daxil olmaqla Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyəti ilə nəticələnə bilər. Məlumat yoxlanılması üçün Daxili İşlər […]

Bölgə

“İstəyirsən get Amerika Səfirliyinə şikayət et”, “Mənim haqqımda yazı gedən saytı məhv edərəm!!!”

Qazax rayon Mərkəzi Xəstəxanasının maliyyə sektorunun müdiri vəzifəsində çalışan Məmməd Namazov adlı şəxs  “Azərinfo” saytının əməkdaşı Fəridə xanıma qarşı kobud davranaraq, onu təhdid edərək hədə-qorxu gəlib.Belə ki, Fəridə xanım  vəzifə borcunu yerinə yetirərkən  daxil olan şikayətlə bağlı Məmməd Namazova sual ünvanlayıb, suala cavab almaq istəsə də çox təssüflər olsun ki, hədə-qorxu və təhdid ilə üzləşib.  […]

Dünya

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildi

BMT Baş Assambleyasının 76-cı sessiyasının nümayəndələri Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçiblər. Bu ölkələrin nümayəndələri 2023-2024-cü illər ərzində Şuranın işində iştirak edəcəklər. Xatırladaq ki, Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və veto hüququna malikdir. Şuranın 10 […]

Cəmiyyət

Zaqatalada güclü külək və leysan fəsadlar törətdi – FOTO

Zaqatalada güclü külək və leysan bir sıra fəsadlar törədib. “Qafqazinfo”nun məlumatına görə, axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinə yağan leysan yağışlar Zaqatalada fəsadlara səbəb olub. Belə ki, Zaqatala şəhəri Qaladüz adlanan yaşayış massivində külək beşmərtəbəli binanın dam örtüyünün çox hissəsini aparıb. Rayonun Aşağı Tala və Muxax kəndləri ərazisində irigövdəli ağac aşaraq yolu bağlayıb. Bir sıra […]