İdman

“Xocalı” İdman Klubu beynəlxalq yarışa yollanır -FOTOLAR

Xəbəral.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyası “Xocalı” İdman klubu beynəlxalq yarışa hazırlaşır. Yarış iyunun 17-də Türkiyən Qars şəhərində baş tutacaq. Yarış barəsində açıqlama verən verən “Xocalı” İdman Klubunun baş məşqiçisi Əli Cəfərov saytımıza açıqlamasında bildirib ki, Türkiyədəki yarışa 30 idmançı ilə qatılırlar.“Bizim komandamız yüksək əhval ruhiyyədədir. Komandamız şəhid və qazi övladları da var. Biz […]

Müharibə

Lavrovdan Bakı ilə İrəvan arasında sülh müqaviləsinə dair bəyanat

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğunu bəyan edib. RF xarici siyasət qurumunun rəhbəri bu barədə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. “Biz öz tərəfimizdən İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazır olduğumuzu bir daha təsdiqlədik”, – deyə […]

Kriminal

Bakıda avtomobildən 8900 manat pul və digər əşyalar oğurlanıb

Bakıda maşından oğurluq edən şəxs saxlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Badamdar qəsəbəsi ərazisində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı […]

Müharibə

Zakir Həsənov pakistanlı generalla Türkiyədə görüşdü – FOTO

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgi ziyarət edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Efes-2022” çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib. Sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah […]

Kriminal

Nazirliyin rüşvətə görə saxlanılan sabiq vəzifəli əməkdaşlarına neçə il cəza verildi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri Oruc Məmmədova və Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində keçmiş baş mütəxəssisi Münəvvər Cabbarovaya hökm oxunub. “Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, O.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum […]

MARAQLI

Özü ilə döyüşdə uduzan boksçu xəstəxanada dünyasını dəyişdi – FOTO/VİDEO

Özü ilə döyüşdə uduzan boksçu xəstəxanada dünyasını dəyişib. Bu barədə onun ailəsi məlumat verib. Qeyd edək ki, Cənubi Afrikadan olan döyüşçü Simiso Butelezi yüngül çəkidə Afrika çempionu titulu uğrunda mübarizə aparıb. Döyüşün favoriti olsa da, son anda nəsə düz getməyib: Butelezi kölgə ilə mübarizə aparmağa başlayıb və hakim mübarizəni dayandırıb. Simiso dərhal xəstəxanaya göndərilib, ona beyin […]

MARAQLI

Antarktidaya yağan qarda buzların əriməsini sürətləndirən maddə tapıldı

Antarktidaya təzə yağan qarda ilk dəfə buzların əriməsini sürətləndirə və ekosistemə təsir edə biləcək mikroplastiklər tapılıb. Kenterberi Universitetinin doktorantı Aleks Aves tərəfindən aparılan araşdırmada alınan 19 qar nümunəsində mikroplastiklər aşkar edilib. Tədqiqatçılar əvvəllər Antarktika dəniz buzu və səth sularında düyü dənəsindən daha kiçik mikroplastiklər aşkar etmişdilər. “İnanılmaz dərəcədə kədərlidir. Antarktida qarında mikroplastiklərin tapılması Yerin ən […]

Mədəniyyət

“Coker”in rejissoru filminin ikinci hissəsi üzərində işə başlayıb – FOTO

“Coker”in rejissoru Todd Fillips filminin ikinci hissəsi üzərində işə başlayıb. O, özünün “Instagram” hesabında ikinci hissənin ssenarisinin üz qabığını paylaşılıb. Paylaşımda həmçinin baş rol ifaçısı Hokain Feniksin fotosu da yer alıb. Məlumata görə, Todd Fillips ssenarini Skott Silver ilə birlikdə yazıb. Filmin işçi adı “Joker: İki nəfər üçün dəlilik”dir (“Joker: Folie a Deux”). Süjetin təfərrüatları hələlik […]

MARAQLI

15 yaşlı ukraynalı Rusiyanın ən böyük texnika kolonlarında birinin məhvinə kömək etdi – FOTO

15 yaşlı yeniyetmə Andrey Pokrasa Ukraynada Rusiyanın ən böyük texnika kolonlarında birinin məhvinə kömək edib.  Bu işdə ondan ukraynalı müdafiəçilər kömək istəyiblər. Yeniyetmə öz kvadrokopterindən istifadə edərək Rusiya ordusunun karvanını aşkar edib. Beləliklə, Kiyevə gedən Rusiya texnikaları kolonu məhv edilib. Bu barədə  Ukrayna Silahlı Qüvvələrinin pilotsuz kəşfiyyat idarəsinin komandiri Yuri Kasyanov xəbər verib. “O, ərazidə pilotsuz təyyarələrlə […]