Mədəniyyət

Anar Kərimovun çətiri altında özbaşnalıq edən region müdiri kimdir?-Foto

Sharing is caring!

24 mart 2000-ci ildə prezident fərmanı ilə təsdiq edilmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsində muzeylərin maliyə mənbələri göstərilib: büdcədən ayrılan vəsait; biletlərin satışından əldə olunan gəlir; ekskursiya xidməti, sərgilərin təşkili, çap məhsullarının və suvenirlərin hazırlanması və satışından əldə olunan gəlirlər, muzeylərə məxsus bədii salon, emalatxana və digər obyektlərdən yığılan gəlirlər; hüquqi və fiziki şəxslərin könüllü ayırmaları; məsləhətlər verilməsi və ekspertiza keçirilməsindən əldə olunan gəlirlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər.v.s

Amma Azərbaycan Respublikasının Qanunverciliyində göstərilən “Muzeylər haqqında” qanun Neftçala rayonunda ciddi surətdə pozulub.

Xəbəral.az xəbər verir ki,Turantv.az saytının redaksiyasına Neftçala rayonundan şikayət daxil olub. Neftçala Tarix-Diyarşünaslıq muzeyində artıq 5 ildir ki, davam edən müdiriyyət özbaşnalığı, işçilər arasında narazılığa gətirib çıxarıb. İşçiləri təbəqələrə ayıran müdiriyyət qanunsuz olaraq “haq” alaraq çaxnaşma yaradır. İşçilər arasında münaqişə yaratmaqdan xüsusi zövq alan Muzeyin müdirəsi  Gülmirə Səfərovadır. Xanım müdirənin idarətmədəki özəl “zakonları” var ki,adamı təəccübləndirir:

Tarix Diyarşünaslıq Muzeyinin müdirəsi Gülmirə xanımı əgər kimsə “görüm-baxım” edirsə,işə gəlməyinə ehtiyac yoxdur.

İşləyən işçilərə qarşı isə maneə yaradılır, işdən çıxarılmaqla şantaj olunurlar. Bu özbaşınalıqdan xəbərdar olan Neftçala Regional Mədəniyyət İdarəsinin rəhbəri Əlisultan Sadıqovun heç bir tədbir görməməsi işləri dahada qəlizləşdirir. Əlbəttə ki, bu vəziyyətə Region rəhbərinin göz yummaqda səbəbi var.

İşçilərdən yığılan pullar Gülmirə xanım və Əlisultan muellimin arasında “ata malı” kimi bölünür.Dövlət tərəfindən Neftçala Tarix Diyarşünaslıq Muzeyinə ayrılan vəsaitlər heç bir iş görülmədən Gülmirə xanım ilə Əlisultan Sadıqov arasında bölünməsi haqda məlumatı olmayan yoxdur rayonda

Mənbənin məlumatına görə,onlar ağ kağıza qol çəkdirib, dövlətin malını talamaqla məşğul olurlar.9 il təmirsiz qalan, 2019 cu ildə təmir olunan muzey,indi də ekspoziyia tərtib olunub təhvil verilməli olduğu halda nədənsə təhvil verilmir.Dəfələrlə pul ayrılmasına baxmayaraq vəsait yoxa çıxıb.2 ildir tərtibatsız qalan muzey adını çəkdiyimiz rəhbərlərin sayəsində ərsəyə gəlmir.və nəticədə Muzey baxımsız vəziyyətdədir

Neftçala Tarix Diyarşünaslıq Muzeyinin müdirəsinin bir sözü var: Mənim arxamda Region rəisi Əlisultan Sadıqov dayanıb. Azərbaycan respublikasının Mədəniyyət və Turizm naziri Anar Kərimovun müraciət edərək bildiririk ki, daim işləyən təbəqəni diqqət mərkəzində saxlayın,ə və onlarin əməyini xüsusi olaraq qiymətləndirin! Rüşvətxorluğa son qoyun sözlərinə məhəl qoymayan bu məmurların özbaşnalığına kim son qoyulmalıdır?

Turantv.az saytının növbəti buraxılışında Neftçala rayon Heydər Əliyev mərkəzində baş verən özbaşınalığı haqqında məlumat verəcəyik.

Mədəniyyət və Turizm Nazirliyinin və digər adları çəkilən qrumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq.Turantv.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir