İdman

Azərbaycan Premyer Liqası: “Zirə” 7 ildir Qəbələdə qələbə qazana bilmir – STATİSTİKA

Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”nin qonağı olacaq “Zirə” 7 ildir rəqibinə səfərdə qalib gələ bilmir. “Report”un məlumatına görə, bakılılar çempionat çərçivəsində indiyə qədər cəmi bir dəfə Qəbələdən 3 xalla dönməyi bacarıblar. Bu, 2016-cı ilin martına təsadüf edib. 2015-ci ildən elitada mübarizə aparan “Zirə” Qəbələ səfərində çıxdığı son 13 duelin 7-də heç-heçə etməklə yadda qalıb. […]

İdman

“Mançester Siti”dən 62 milyon avroluq transfer

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, “şəhərlilər” digər Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Mateus Nunyesi transfer ediblər. Tərəflər beşillik müqaviləni razılaşdırıblar. “Transfermarkt” portalı bu keçidin “Mançester Siti”yə 62 milyon avroya başa gəldiyini yazıb. Portuqaliya millisinin üzvü keçən ilin yayında “Sportinq”dən “Vulverhempton”a transfer olunub. 25 yaşlı mərkəz yarımmüdafiəçisi […]

İdman

“Qarabağ”ın futbolçusu Gürcüstan millisinə çağırıldı

“Qarabağ”ın futbolçusu Luka Quqeşaşvili Gürcüstan millisinə çağırılıb. Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, 24 yaşlı qapıçı AVRO-2024-ün seçmə mərhələsinin iki oyunu üçün dəvət alıb. Qeyd edək ki, Gürcüstan yığması sentyabrın 8-də evdə İspaniya ilə, 11-də isə səfərdə Norveçlə üz-üzə gələcək. Xeberal.az

İdman

Canni De Byazi: “Azərbaycan millisində ilki həyata keçirdik”

“Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl beş oyunda qələbə qazanmamışdı. Biz bir ilki həyata keçirdik. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir”. Bu sözləri Azərbaycan futbol millisinin baş məşqçisi Canni De Byazi müsahibəsində deyib. 67 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində çətin qrupa düşdüklərini bildirib: “Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə birlikdə […]

İdman

“Qarabağ” üçün ideal qrup axtarışında: Ən pis ssenari necə olar?

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq. Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Ağdam klubu püşkatmaya ikinci səbətdən qatılacaq. Bu da o anlama gəlir ki, Qurban Qurbanovun komandası özündən daha aşağı reytinqli iki kollektivlə eyni qrupda yer alacaq. Bəs Azərbaycan çempionu üçün ideal püşk necə olar? Ən pis ssenari necədir? Birinci […]

İdman

Azərbaycan Premyer Liqasında beşinci tur başlayır – AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Sabah” doğma azarkeşləri önündə “Turan Tovuz”u qəbul edəcək. Matç saat 19:00-da başlayacaq. Dörd turdan sonra “Turan Tovuz” altı xalla dördüncü, “Sabah” dörd xalla altıncıdır. Azərbaycan Premyer Liqası V tur 1 sentyabr 19:00. “Sabah” – […]

İdman

“Qarabağ” Azərbaycanın xalını artırdı: Slovakiyanı keçmək mümkün olacaq?

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Olimpiya” (Sloveniya) ilə heç-heçə edərək Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb. Oxu.Az xəbər verir ki, 1:1 hesablı bərabərlik ölkəmizin aktivini 0,125 artırıb. Xalı 16,875-ə çatan Azərbaycan əvvəlki kimi 29-cu sırada qərarlaşıb. 28-ci pillədə 17,375 xalla Slovakiya yer alıb. Slovakiyanın Azərbaycandan fərqli olaraq avrokuboklarda iki klubu qaldığından bu mövsüm onları […]

İdman

Avropa Liqasında püşk həyəcanı: “Qarabağ”ın qrupdakı rəqibləri müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq. Oxu.Az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək. Son çempion püşkatmaya ikinci səbətdə qatılacaq. Avropa Liqası Qrup mərhələsinin püşkatması I səbət: “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya), “Roma”, “Atalanta” (hər ikisi İtaliya), […]

İdman

Baş məşqçi: “Parataekvandoçularımızın uğurları “Paris-2024” Yay oyunlarına lisenziya xalları qazandırır”

Bu ilin avqustunda Avropa paralimpiya çempionatı, açıq dünya çağırış yarışı və Qran-pridə parataekvandoçularımızın qazandığı uğurlar gələn il baş tutacaq Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarına lisenziya xalları qazandırır. Bunu “Report”a beynəlxalq yarışlarda uğurla çıxış edən parataekvondo üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə deyib. Baş məşqçi bildirib ki, avqust ayında keçirilən beynəlxalq yarışlarda medallar qazanan idmançılarımız dünya […]

İdman

Avropa paralimpiya çempionu: “Dünya üzrə də yüksək nəticə əldə etmək əzmindəyik”

“Qarşıda bizi Meksikada daha bir Qran-pri və dünya çempionatı gözləyir. Bu yarışlarda da yüksək nəticə əldə etmək əzmindəyik”. Bunu “Report”a avqust ayında baş tutan beynəlxalq yarışlarda bir qızıl, 2 bürünc medal qazanaraq Vətənə dönən parataekvondoçumuz Əbülfəz Abuzərli deyib. O, bu yarışlarda idmançılarımıza dəstək olan Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasına təşəkkürünü […]